Anatomiya, fiziologiya və zoologiya kafedrasının Samux istiqamətinə təşkil olunmuş ekspedisiyası
Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşları Samux rayonu istiqamətində “Alov” fermer təsərrüfatında və Kür çayı istiqamətində heyvan cinslərinin, növlərinin həyat tərzini öyrənmək məqsədilə ekspedisiyada olmuşlar. Ekspedisiya zamanı əməkdaşlar fermer təsərrüfatında ev heyvanlarının saxlanma şəraiti, çöl heyvanlarının isə həyat tərzi ilə yaxından tanış oldular.