şəhidlərimiz unudulmur!

Ekologiya mühəndisliyi ixtisası üzrə I kurs tələbələri ilə Ekologiya və təbiəti mühafizə kafedrasında görüş keçirildi. Ixtisasımızın məzun şəhid tələbələri Xıdırov Elgün və İmanov Səməndər haqqında onlara geniş məlumat verildi, əziz xatirələri anıldı. Birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin valideynlərinin qarşısında baş əyir və şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının dissertantı Pərviz Adıgözəlovun “Gəncə- Qazax iqtisadi rayonunda payızlıq çovdarın gübrələnməsinin aqroekoloji xüsusiyyətləri“ mövzusunda ilkin müzakirəsi keçirildi

Müzakirəyə 6 elmlər doktoru dəvətli idi. Seminar çox yüksək səviyyədə keçirildi, bütün verilən suallar tədqiqatçı tərəfindən cavablandırılmışdır. Qeyd: Elmi rəhbər kafedra müdiri biologiya elmləri doktoru professor Sevda Zahid qızı Əhmədovadır.

Davamı

milli qurtuluş günü

Xalqların taleyində əlamətdar təqvimlərin, tarixi günlərin böyük əhəmiyyəti var. İllər keçdikcə həmin tarixi günlərin mahiyyəti, millətin taleyindəki əvəzsiz rolu yenidən araşdırılır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın tarixində bu cür müstəsna əhəmiyyətə malikdir.1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyin ilk günlərindən başlayaraq […]

Davamı

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. İştirakçılar əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunmasında şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən […]

Davamı

fakültədə yaz imtahan sesiyası başladı

Kimya-biologiya fakültəsində digər fakültələrdə olduğu kimi 2021-2022-ci tədris ilinin 1 iyun tarixindən yaz imtahan sesiyası başlandı. Cədvəl üzrə imtahanlar normal gedir. Tələbələr imtahanlara məsuliyyətlə hazırlaşıblar. Bunu şərtləndirən bir sıra amillərdən məsələn, tələbələrə proqram sualları, mühazirə mətnləri vaxtında verilib, aralıq imtahanları keçirilib və s. Bütün bunlar tələbələrin imtahan sesiyasını müvəffəqiyyətlə başa çatdıracaqlarına ümid verir. Tələbələrə sesiyanı […]

Davamı

ekologiya və təbiəti mühafizə kafedrasının göy-göl dövlət təbiət qoruğu istiqamətində elmi ekspedisiyası təşkil edildi

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədovanın rəhbərliyi ilə kafedranın əməkdaşları və Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbələri Göy-Göl Milli Parkında ekspedisiyada olmuşlar. Onlar Göy-göldən iki kilometr aralıda yerləşən Qaragöl ərazisinə də baş çəkmişlər. Əsas məqsəd bu ərazidəki ekoloji vəziyyətlə bağlı araşdırmalar etmək olmuşdur. Belə ki, oradakı quru ağacların gövdələrinin məhv olaraq yeni […]

Davamı

məzunlar! uğurlarınız bol olsun!

Mayın 26-da Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunun qarşısında “Məzun günü” keçirilmişdir. “Məzun günü”nə universiteti bitirən bakalavr və magistrlərlə yanaşı 44 günlük Vətən Müharibəsində qazi olmuş universitet tələbələri, həmçinin şəhid anaları da qatıldılar. “Məzun günü” münasibətilə keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlamışdır. Şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq söz […]

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

Azərbaycanın Qırmızı kitabının III nəşrinə daxil ediləcək növlərin tədqiqi və  Universitetin tematik  planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin  bitki örtüyünün bioloji müxtəlifliyinin öyrənilməsi” ilə əlaqədar elmi-tədqiqat işlərinin  aparılması məqsədilə 24.05.2022-ci il tarixdə kafedranın professor-müəllim, doktorant, dissertant və magistrləri (25 nəfər) Göygöl Milli Parkı istiqamətinə GÖYGÖL, MARALGÖL, AYIGÖL, TOĞANALI, HACIKƏND ərazilərində   elmi ekspedisiyada olmuşlar. Ekspedisiyada Göygöl […]

Davamı

elmə həvəs və marağın əsl göstəricisi

Kimya-biologiya fakultəsinin, Biologiya ixtisasının III kurs tələbələri Muxtarova Kimyə, Sədrəddinova Aynur, Əmiraslanova Səda, Haqverdiyeva Aysel Molekulyar biologiya və Biologiya müəllimliyi ııı kurs tələbəsi Həmzəyeva Günel Biokimya fənnindən verilən sərbəst iş mövzularını xüsusi özənlə işləmişlər. Kimya kafedrasının baş müəllimi Zeynalova Sevinc eləcə də kafedra müdiri dos. Aynur Məmmədova və fakultənin dekanı dos.İ.Alverdiyevin təşəbbüsü ilə bu nümunəvi […]

Davamı