Kateqoriya Arxivləri: Xəbərlər
BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA
Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 23.05.2018-ci il tarixdə Botanika kafedrasının professor-müəllim, doktorant, dissertant və magistrlərin (30 nəfər) Gəncə, Daşkəsən, Xoşbulaq marşurutu üzrə elmi ekspedisiyada olmuşlar. Qoşqar dağ sistemi, Qoşqarçay hövzəsində müxtəlif bitkilik tipləri tədqiq olunmuş, fitosenoloji müşahidələr aparılmış, tədris […]
kimya kafedrasının baş müəllimi Qəhrəmanova Vüsalə akif qızının açıq dərsi keçirildi
Kimya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Naftalin, xassələri” mövzusunda laboratoriyadan açıq dərs keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, dos.A.Məmmədova, dos.M.Vəliyev, dos.N.Ələkbərov iştirak etmişlər. Dərsdə bəzi fiziki, kimyəvi xassələrə aid təcrübə işləri aparılmışdır.
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Əməkdaşlarımız Beynəlxalq seminarda
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının əməkdaşları dos.M.T.Qazıyev, doktorant F.F.Ələkbərov 10-16 may 2018-ci il tarixlərdə Düşənbə şəhərində keçirilən “Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuş” Beynəlxalq seminarda iştirak etmişlər. Dos.M.Qazıyev Respublikanın nümayəndə heyəti adından seminar iştirakçılarını salamlamışdır. Beynəlxalq seminar Tacikistan Respublikası Elmlər Akademiyasının Sədrliyi ilə aparılmışdır. Bölmə iclaslarında dos.M.Qazıyev “Gəncə-Qazax bölgəsində alaq […]
biologiya-kimya fakültəsinin tələbələrinə yeni azərbaycan partiyası vəsiqələrinin təqdim olunması
Biologiya-kimya fakültəsinin 95 tələbəsinə Yeni Azərbaycan Partiyası vəsiqələri təqdim olundu. Vəsiqələri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov, dekan dos.İ.Alverdiyev, dekan müavini dos.Z.İsmayılova təqdim etdilər. Tədbirdə Yeni Azərbaycan Partiyasının uğurları və gələcək inkişafı haqqında çıxışlar dinlənildi.
tələbələr beynəlxalq konfransda
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq konfrans keçirildi. Dos.Z.İsmayılova və müəl.F.İsayevanın rəhbərliyi ilə tələbələr konfransa məsuliyyətlə hazırlaşmışlar. Kimya və biologiya müəllimliyi ixtisasının I kurs tələbələrindən A.Yusipova “Sehirli alginatlar və şibyə turşuları” və G.Qasımova “Sehirli göbələklər” mövzusunda öz çıxışlarını etmişlər.
anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Könül Bayramovanın açıq dərsi keçirildi
Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bayramova Könül Şaiq qızı Biologiya müəllimliyi ixtisasının II kursunda İnsan anatomiyası fənnindən “Həzm aparatı, borulu üzvlərin quruluşu” adlı açıq dərsi keçirildi. Müəllimin açıq dərs üçün mühazirə mətni, sillabusu, fənn proqramı var idi. Müəllimə mövzunu slaydlar və mülyajlar əsasında izah edərək tələbələrə mənimsətdi.
Biologiya –Kimya fakültəsinin tələbələri çöl tədris təcrübəsində
Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin Biologiya, Biologiya-müəllimliyi ixtisasları üzrə tələbələri 1 may 2018-ci il tarixində Gəncə-Hacıkənd, Toğana, Göy-göl, Maralgöl istiqamətində çöl tədris təcrübəsində olmuşlar. Təcrübədə dos.Z.M.İsmayılova, b.e.ü.f.d.b/m. R.Z.Quliyeva, b/m.a.e.ü.f.d.Z.Tağıyeva, müəl.F.İsayeva və Tədris karyera şöbəsinin əməkdaşları L.Ələkbərova, A.Məhəmmədi iştirak etmişdilər. Təcrübə müddətində tələbələr meşə, çəmən, bozqır, subalp, alp bitkiliyi ilə tanış olmuş fitosenoloji müşahidələr aparmış və […]