Əməkdaşlarımız Türkiyənin Antalya şəhərinin Pamukkale Universitetində Beynəlxalq konfransda

“SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda Türkiyənin Antalya şəhəri Pamukkale Universitetində may ayının 23-dən 27-dək Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumu AMEA Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti iştirak edirlər.. “SEAB–2016. Avrasiyada Biomüxtəliflik” simpoziumu […]

Davamı

Biologiya-kimya fakültəsində dekan və kafedra müdirlərinin seçkiləri keçirilmişdir.

Azərbaycan müəllimi qəzetinin 09.04.2016-cı il tarixli nömrəsində dərc edilmiş elana əsasən 17.05.2016-cı il tarixdə “Biologiya-kimya” fakültəsinə dekan və “Botanika”. “Anatomiya, fiziologiya və zoologiya” kafedralarına kafedra müdiri seçilməsi üçün adı çəkilən yerlərə təlimata uyğun ərizə ilə müraciət edən iddiaçıların elmi pedaqoji, təşkilatçılıq sahəsindəki fəaliyyətlərinin ixtisas kafedralarında müzakirəsi aparıldı. Fakültədə fəaliyyət göstərən bütün ixtisas kafedralarında dosent Alverdiyev […]

Davamı

BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS DAVAM ETMİŞDİR

13 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri”  mövzusunda  beynəlxalq elmi-praktiki konfrans bölmələrdə davam etmişdir. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və professor İmir Əliyevin həmsədrliyi ilə  “Qeyri-üzvi kimyanın müasir problemləri”,  akademiklərdən  Fuad Əliyev, Vaqif  Fərzəliyev, dosent İsfəndiyar Alverdiyev və […]

Davamı

Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

12 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri”  mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Dahi rəhbərin  vurğuladığı “Dünyada gedən əsas tərəqqinin təməlində elm dayanır.” ifadəsini əsas tutan Universitet kollektivi elmi-tədqiqatların geniş şəkildə aparılmasına ciddi önəm verir. Bu baxımdan da digər […]

Davamı

Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi.

9 may 2016-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi keçirilmişdir. İməclikdə Biologiya-kimya fakültəsinin kollektivi də Nizami Gəncəvi məqbərəsi ərazisində yaşıllaşdırmada iştirak etmişlər. Əkilmiş ağaclara ilkin qulluq işləri həyata keçirilmişdir.  

Davamı

OLİMPİADADA ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İŞTİRAK ETMİŞLƏR

07 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kimya fənni üzrə olimpiada keçirilmişdir.  Maraqlı çəhət odur ki, bu olimpiadada orta məktəb şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur. Məqsəd orta məktəblə universitetin əlaqələrini, onların universitetlə tanışlığını və məlumatlarını genişləndirmək, təhsilə maraqlarını artırmaqdır. Olimpiadanın təşkili üçün rektor professor Yusif Yusibovun […]

Davamı

Müəllim E.Ə.Hüseynovanın açıq dərsi keçirildi.

26.04.2016–cı il tarixdə kafedranın müəllimi Elnarə Əliş qızı Hüseynovanın “Biologiya müəllimliyi” ixtisası üzrə əyani şöbənin IV kurs tələbələri ilə “Fotosintez” fənnindən “Bitkilərdə yarpaq sahəsinin ölçülməsi” mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Botanika kafedrasından prof V.Novruzov, dos.Z.İsmayılova, dos.A.Bayramova, dekanlığın nümayəndələri – dekan İ.Alverdiyev, dos.M.Həsənov, dos.M.Qazıyev və Universitet monitorinq qrupunun üzvü dos. T.İsmayılov iştirak […]

Davamı

Beynəlxalq elmi konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ   Müasir kimya və biologiyanın  aktual problemləri Beynəlxalq elmi konfrans   12-13 may 2016-ci ildə Gəncə Dövlət Universiteti Müasir kimya və biologiyanın  aktual problemləri mövzusunda elmi konfrans keçirəcəkdir. Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq: Müasir biologiyanın aktual problemləri. Üzvi kimyanın aktual problemləri. Neft kimyasının nəzəri və praktik […]

Davamı

Kəsəmənli Xəyalə Hamlet qızının müdafiəsi keçirildi.

Xəyalə Hamlet qızı Kəsəmənlinin Akademik Vaqif Məhərrəm oğlu Abbasovun rəhbərliyi ilə “Təbii neft və bitki mənşəli yağ turşularının imidazolinlərinin sintezi və dizel yanacağına aşqar kimi tətbiqi” mövzusunda Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kimya üzrə fəlsəfə doktoru elmi adını alması üçün müdafiəsi keçiri.

Davamı