Müəllif Arxivləri: Aynur Məmmədova

“Kimya ayı” ilə əlaqədar olaraq Gəncə ş. 14 saylı orta məktəb şagirdləri fakültəmizdə oldular

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin şagirdləri məktəbin direktoru kimyaçı müəllim Fətəliyeva Nərmin Malik qızının rəhbərliyi ilə fakültədə ekskursiya keçdilər. Şagirdlər laboratoriya dərslərində oldular. Bu dərslər onların böyük marağına səbəb oldu. Şagirdlərə fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələrlə bağlı məlumatlar çatdırıldı.

Davamı

“1 AĞAC = 5000 A4” – GDU Ekoklubundan kağız israfına qarşı ekoloji təşəbbüs

Ekoklub ətraf mühitin qorunması və ekoloji şüurun artırılması məqsədilə yeni bir təşəbbüsə start verib. “1 AĞAC = 5000 A4” şüarı altında həyata keçirilən bu layihə kağız israfının azaldılması və təkrar emalın təşviqini hədəfləyir. Layihənin məqsədi istifadə olunmuş kağız materiallarının-köhnə vərəqlərin, dəftərlərin, kitabların və digər çap məhsullarının toplanaraq təkrar emala göndərilməsini nəzərdə tutur. Məqsəd həm israfın […]

Davamı

GDU və SDU Ekoklubları arasında Rəsmi Əməkdaşlıq Görüşü Keçirildi!

Ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin gücləndirilməsi istiqamətində Gəncə Dövlət Universiteti (GDU) və Sumqayıt Dövlət Universiteti (SDU) Ekoklubları arasında rəsmi əməkdaşlıq görüşü keçirildi. Görüş Zoom platforması üzərindən onlayn formatda baş tutdu və təxminən 2 saat davam etdi. Tədbirdə aşağıdakı nümayəndələr iştirak etdilər: Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova, baş müəllim Natiqə İsmayılzadə, […]

Davamı

Fakültəmizin tələbəsi “İlin Tələbəsi” adına layiq görüldü

Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi, fakültənin fəal gənclərindən biri və universitetdə yaradılmış Ekoklubun təsisçisi Hacıyev Mirfəqan, ictimai və elmi fəallığına, eyni zamanda akademik mühitə verdiyi töhfələrə görə Tələbə Təhsil Mərkəzi MMC tərəfindən “İlin Tələbəsi” fəxri adına layiq görülərək Fəxri Fərmanla təltif edilmişdir. Bu uğur tələbəmizin liderlik bacarıqları və sosial aktivlik sahəsində də fərqləndiyini göstərir. […]

Davamı

Yeni Qızılca kənd orta məktəbində “Biologiya və kimya insanda və həyatda” mövzusunda konfrans keçirildi

Kimya-biologiya fakültəsinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri b.e.d. prof. Vəfa Fərman qızı Məmmədova və Kimya kafedrasının müdiri dos. Aynur Teyyub qızı Məmmədova Yeni Qızılca kənd tam orta məktəbində şagirdlər üçün təşkil olunmuş ixtisas seciminə aid konfransda iştirak etmişlər. Konfransın gedişində müəllimələr çıxış edərək Kimya-biologiya fakültəsinin ixtisasları, ixtisas laboratoriyaları və  professor-müəllim heyəti haqqında geniş məlumatlar […]

Davamı

Ekoklub tərəfindən universitetin şəxsi sahəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

2025-ci il 9 aprel tarixində GDU-nun Ekoklubunun təşəbbüsü və təşkilatçılığı ilə universitetin Yeni Gəncə ərazisində yerləşən şəxsi sahəsində ekoloji yönümlü ağacəkmə aksiyası həyata keçirildi. Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması və yaşıl mühitin yaradılması olub. Tədbirdə 50-dən artıq ekokönüllü tələbə, müxtəlif fakültələrin nümayəndələri və magistratura pilləsində təhsil alan bir neçə tələbə iştirak […]

Davamı

“Kimya ayı” ilə əlaqədar olaraq orta məktəb şagirdləri ilə görüşlər davam edir

Şəhərin və ətraf kəndlərin şagirdlərinin-fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələ işlərinin öyrənilməsi prosesi davam etdirilməkdədir. Bu məqsədlə bu gün Samux rayon Qarabağlılar kənd orta məktəbi (Təlim tərbiyə işləri üzrə direktor müavini Yusibov Rövşən və Kimya müəllimi Həsənova Mirvari) və Əhmədbəyli kənd orta məktəblərinin (Kimya müəllimi Həsənova Sevinc) müəllim, şagirdləri fakültəmizdə qonaq oldular.

Davamı

elmi şura

9 aprel 2025-ci il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə hazırlıq işlərinin aparılması. 2. Fakültədə açıq dərslərin tədrisi və müzakirələrin keçirilməsi. 3. Yaz semestri üçün planlaşdırılmış dərs saatlarının icra vəziyyəti. 4. İxtisas kafedralarında buraxılış işi və magistr dissertasiyalarının icrası, […]

Davamı