Müəllif Arxivləri: Aynur Məmmədova

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

Azərbaycanın Qırmızı kitabının III nəşrinə daxil ediləcək növlərin tədqiqi və  Universitetin tematik  planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin  bitki örtüyünün bioloji müxtəlifliyinin öyrənilməsi” ilə əlaqədar elmi-tədqiqat işlərinin  aparılması məqsədilə 24.05.2022-ci il tarixdə kafedranın professor-müəllim, doktorant, dissertant və magistrləri (25 nəfər) Göygöl Milli Parkı istiqamətinə GÖYGÖL, MARALGÖL, AYIGÖL, TOĞANALI, HACIKƏND ərazilərində   elmi ekspedisiyada olmuşlar. Ekspedisiyada Göygöl […]

Davamı

elmə həvəs və marağın əsl göstəricisi

Kimya-biologiya fakultəsinin, Biologiya ixtisasının III kurs tələbələri Muxtarova Kimyə, Sədrəddinova Aynur, Əmiraslanova Səda, Haqverdiyeva Aysel Molekulyar biologiya və Biologiya müəllimliyi ııı kurs tələbəsi Həmzəyeva Günel Biokimya fənnindən verilən sərbəst iş mövzularını xüsusi özənlə işləmişlər. Kimya kafedrasının baş müəllimi Zeynalova Sevinc eləcə də kafedra müdiri dos. Aynur Məmmədova və fakultənin dekanı dos.İ.Alverdiyevin təşəbbüsü ilə bu nümunəvi […]

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının Samux istiqamətinə təşkil olunmuş ekspedisiyası

Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşları Samux rayonu istiqamətində “Alov” fermer təsərrüfatında və Kür çayı istiqamətində heyvan cinslərinin, növlərinin həyat tərzini öyrənmək məqsədilə ekspedisiyada olmuşlar. Ekspedisiya zamanı əməkdaşlar fermer təsərrüfatında ev heyvanlarının saxlanma şəraiti, çöl heyvanlarının isə həyat tərzi ilə yaxından tanış oldular.

Davamı

fakültədə sınaq imtahanları keçirilir

Kimya-biologiya fakültəsində ixtisaslar və kurslar üzrə 2021-2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıqla əlaqədar 10.05.2022-ci il tarixdən sınaq (aralıq) imtahanlarına başlanıldı. İmtahanların keçirilməsinə fənn müəllimləri və tələbələr məsuliyyətlə yanaşır. Bu tədbir imtahanlarda tələbələrin uğur qazanmasına daha çox ümid verir.

Davamı

açıq dərs

Botanika kafedrasının dosenti Zilxumar İsmayılovanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Bitkilərin sistematikası” fənnindən “Qabaqçiçəklilır və Gülçiçəklilər sıraları” mövzusunda açıq dərsi təşkil olundu. Dərsdə Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan müavini fəxri prof.M.Həsənov iştirak etdilər.

Davamı

”Ümumilli lider Heydər Əliyevin 99-cu il dönümünə” həsr olunmuş tədbir keçirildi

Kimya-biologiya fakültəsinin müəllim və tələbə heyəti arasında ”Ümumilli lider Heydər Əliyevin 99-cu il dönümünə” həsr olunmuş tədbir keçirildi. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültə dekanı İ.C.Alverdiyev,  Ekologiya və təbiətin mühafizəsi kafedrasının müdiri prof.S.Əhmədova, Anatomiya, zoologiya və fiziologiya kafedrasının müdiri prof.V.Məmmədova və fakültəmizin tələbələri iştirak etdilər.Ədəbiyyatlarda sətirlərə naxış vuran insan!Əməlləri ilə […]

Davamı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti treninqi keçirildi

05.05.2022-ci il tarixində Eologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin  təşkil etdiyi treninq keçirilmişdir.Tədbirdə  Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova,kafedranın əyani doktorantı Vüsal Musayev (elmi rəhbər  prof. Sevda Əhmədova) və Qərb regionunda fəaliyyət göstərən qoruqların nümayəndələri, Mulli parkın nümayəndələri fikir mübadilələri  aparmışlar. Bu  tədbir bioloji müxtəlifliyin qorunmasına […]

Davamı

sümüklü balıqların “Xarici və daxili quruluşu” mövzusunda laboratoriya məşğələsi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının a.ü.f.d. baş müəllimi Lalə Abdullayevanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda laboratoriya məşğələsi keçirildi. Tələbələr mühazirədə aldıqları bilikləri laboratoriya məşğələlərində möhkəmləndirirlər. Müəllimin göstərişi ilə onlar mövzuya aid canlı heyvanlar üzərində (xarici quruluşunu), sulu (formalində) preparatlardan, mulyajlardan, slaydlardan, istifadə etməklə dərsi maraqla öyrənirlər. Laboratoriya məşğələsində “Sümüklü balıqların öyrənilməsi” mövzusu hər […]

Davamı