Kateqoriya Arxivləri: Xəbərlər

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının a.e.f.d. b/m. L.Abdullayevanın Biologiya ixtisasının II kursunda “Onurğalılar zoologiyası” fənnindən “Quşların xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, müəllimlərdən dos.M.Vəliyev, dos.S.İbrahimli, dos.V.Məmmədova, b/m.Ş.Hacıyeva, b/m.E.Hüseynova, b/m.K.Bayramova, müəl.Ü.Bayramova iştirak etmişlər. Dərsə uyğun əyani vəsaitlər, slaydlar hazırlanmışdır. Müəllim yeni dərsi izah etməzdən əvvəl köhnə dərsi tələbələrlə sorğu-sual […]

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hacıyeva Şəlalə Zabir qızının Biologiya müəllimliyi ixtisasının II kursunda “Onurğalılar zoologiyası” fənnindən “Suda-quruda yaşayanların xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, dekan müavini dos.M.Həsənov və  b/m.H.Nəsirova iştirak etdilər. Tələbələr mövzu ətrafında onları maraqlandıran suallara cavab tapdılar. Sonda açıq dərs əla qiymətləndirildi.

Davamı

06.11.2018

6 noyabr 2018-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1.İxtisas kafedralarında 2018-ci ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti 2.Kredit borcu olan tələbələrlə aparılan işlər 3.Buraxılış işi və magistr dissertasiya  mövzularının icrası ilə əlaqədar tələbələrlə aparılan işlər 4.Fakültənin tədris metodik şurasının illik hesabatı və yeni tərkibin seçilməsi 5.İxtisas kafedralarında təşkil edilən […]

Davamı

açıq dərs

Kimya kafedrasının dosenti S.İbrahimlinin Biologiya müəllimliyi ixtisasının III kursunda “Üzvi kimya” fənnindən “Spirtlər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Kimya kafedrasının müdiri dos.A.Məmmədova, b/m.F.Alverdiyeva, b/m.Y.Hacıyev və b/m.A.Zeynalova iştirak etdilər.

Davamı

açıq dərs

Botanika kafedrasının a.e.ü.f.d. A.Əliyevanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Botanika-1” fənnindən “Kökün morfoloji quruluşu”  mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü  prof.V.Novruzov, dosentlərdən M.Vəliyev, Z.İsmayılova, A.Bayramova iştirak etdilər.

Davamı

açıq dərs

Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda “Kükürd birləşmələri və sulfat turşusu”  mövzusunda Kimya kafedrasının b/m.Zeynalova Aygün Elxan qızının açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, dos.A.Məmmədova, dos.S.İbrahimli, k.ü.f.d.S.Mehdiyeva, k.ü.f.d.P.Hüseynova, b/m.Z.Əliyeva, b/m.L.Namazova iştirak etdilər. Kükürd, onun birləşmələri və sulfat turşusunun bəzi fiziki və kimyəvi xassələrinə aid maraqlı təcrübə məşğələləri aparılaraq nəticələr qeyd edildi. Aparılan […]

Davamı

təbrik edirik!

Gəncə Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 31.10.2018 [18:07] Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar müəllim” Aslanova Emma Əli qızı Cavadov Asif Şəmil oğlu Fətəliyeva Gülsüm İsa qızı Kərimzadə Pərvin […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələri 22.10.2018-ci il tarixdə kimsəsizlər evində oldular.

Fakültənin humanitar məsələlər üzrə dekan müavini dos.Z.İsmayılovanın rəhbərliyi ilə təşkil olunan tədbirdə tələbələr yüksək fəallııq göstərərək xeyirxah əməlləriylə nümunə olmağı bacardılar. Belə ki, onlar kimsəsiz uşaqlara dəftərxana ləvazimatları və ərzaq məhsulları apardılar. Tələbələrlə kimsəsiz uşaqlar rəqs etdilər. Onları öz gəlişləri ilə sevindirdilər.

Davamı

açıq dərs

Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda Həyat fəaliyyətinin kimyəvi əsasları fənnindən “Zülalların rəngli reaksiyaları” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Kimya kafedrasının dosenti A.Məmmədova, müəllimlərdən dos.S.İbrahimli,  b/m.F.Alverdiyeva, k.ü.f.d.P.Hüseynova iştirak etdilər.

Davamı