Kateqoriya Arxivləri: Xəbərlər

açıq dərs

28 mart 2022-ci il tarixdə Botanika kafedrasının baş müəllimi fəlsəfə doktoru Afaq Əliyevanın Pilot layihə üzrə Biologiya müəllimliyi ixtisasının II kursunda “Mikologiya” fənnindən “Göbələklərin təsnifatı. Selikli göbələklər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov və fakültə dekanı dos.İ.Alverdiyev iştirak etdilər.

Davamı

Tələbələrimizin Bayram hazırlığı!

Fakültəmizin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə  “Səməni” festivalı keçirilib.Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, Şuşanın simvolu və s. xonçalara xüsusi gözəllik verib.Rektor, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını təbrik edib. Rektor qeyd edib ki, […]

Davamı

təbrik edirik!

Kimya-biologiya fakültəsinin dekanlığı, professor-müəllim heyəti və tələbə kollektivi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlunu universitetimizə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor təyin olunması münasibəti ilə Təbrik edir. Uğurlar arzulayır.

Davamı

kimya-biologiya fakültəsində elmi şura keçirildi

     2 mart 2022-ci il tarixdə fakültə Elmi şurası keçirildi. Elmi şurada aşağıdakı məsələlərin müzakirəsi aparıldı. 1.2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2.Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin müvafiq ixtisasların uyğun kurslarına göndərilməsinin təşkili. 3.Gələcəyin müəllimi təqaüdünün verilməsi məsləhət bilinən tələbələrin müəyyənləşdirilməsi. 4.Tələbələrin tədris vərəqələrinin […]

Davamı

xocalı soyqırımının anım günü keçirildi

Fakültənin müəllim və tələbə heyəti arasında “Xocalı Soyqırımının 30-cu il dönümü”nə həsr olunmuş tədbir keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Kimya-biologiya  fakültəsinin dekanı İ.C.Alverdiyev,  Botanika kafedrasının müdiri, “AMEA”-nın müxbir üzvi , professor Vaqif Novruzov, Kimya kafedrasının müdiri Dos.Aynur Məmmədova, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor S.Əhmədova və […]

Davamı