Müəllif Arxivləri: Redaktor

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

Universitetin tematik  planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin  bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin  aparılması məqsədilə 23.05.2019-cu il tarixdə kafedranın professor-müəllim, doktorant, dissertant və magistrlərin (26 nəfər) Gədəbəy-Tovuz rayonları marşurutu üzrə  elmi ekspedisiya olmuşlar.  

Davamı

ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları ekspedisiyada olmuşlar

Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları elmi-tədqiqat işinin “Qərb bölgəsində torpaqların səhralaşma problemi” adlı mövzusunda aparılması məqsədilə 17.05.2019-cu il tarixində ilk dəfə olaraq Göy-göl Milli Parkının ərazisinə aid olan “Göz-göl” və “Ördək gölü”nə səyahət etmişdilər. Milli Parkın inzibati binasının işçiləri bələdçilik edərək, çətin olan cığırlarla nəzərdə tutulan əraziyə keçməkdə kafedranın əmkdaşlarına yaxından köməklik göstərmişlər. Ərazinin […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələri çöl tədris təcrübəsində

Təcrübə və Karyera şöbəsi, Botanika kafedrasının müəllim heyəti (dos.Z.İsmayılova, a.ü.f.d.Z.Tağıyeva, müəllim F.İsayeva)  Kimya və biologiya müəllimliyi və Biologiya müəllimliyi ixtisasının tələbələri ilə Gəncə-Hacıkənd, Toğana marşrutu üzrə çöl tədris təcrübəsi keçmişlər. Təcrübədə tələbələr aqrofitosenozlar, meşə-çəmən, bozqır, dağ kserofit bitkiçiliyi ilə tanış olmuş, fitosenoloji müşahidələr aparılmış, herbari nümunələri toplanmış və həmin materiallar tələbələrin tədris hesabatlarının toplanmasında istifadə […]

Davamı

elmi şura

26 aprel 2019-cu il tarixdə Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransa hazırlıq işlərinin aparılması. 2.Rektorluğun 2018-2019-cu tədris ilində yaz imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi haqqındakı 01.04.2019-cu il tarixli 5/74 saylı əmrindən irəli gələn vəzifələrin icrası. 3.Fakültədə keçirilmiş monitorinq və açıq […]

Davamı

açıq dərs

Botanika kafedrasının baş müəllimi a.ü.f.d. Tağıyeva Zərifə İbrahim qızının Biologiya ixtisasının II kursunda “Torpaqşünaslıq” fənnindən “Torpağın strukturu” mövzusunda açıq dərsi keçirildi. Müəllim torpağın strukturası, torpağın struktur elementləri haqqında geniş məlumat verdi.

Davamı

ekologiyanın aktual problemlərinə dair seminar

Ekologiya və təbiəti mühafizə kafedrasında baş müəllim İbrahimova Sevda İsmayıl qızının “Ətraf mühit faktorlarının insan genomuna təsiri” mövzusunda seminar keçirildi. Seminarda kafedranın əməkdaşları və fakültənin dekanı və professor-müəllim heyəti iştirak etdilər. Sonda məruzəçi və iştirakçılar arasında diskusiya aparıldı.  

Davamı

QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ

Bu günlərdə AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzov, dos.b.ü.f.d.Yeganə Aslanova, b.ü.f.d.Ramidə Quliyevanın “Kiçik Qafqazın qaya və töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiya müəlliflərin çoxillik tədqiqatları əsasında hazırlanmış Respublikada bu istiqamətdə hazırlanmış ilk tədqiqat əsəridir. Problemin indiyə qədər həll olunmamasının əsas səbəbi qaya və töküntülərin rast gəlindiyi yerlərin il boyu əlçatmaz olmasıdır. Başqa ərazilərdə olduğu kimi […]

Davamı