Müəllif Arxivləri: Aynur Məmmədova

elmi şura

06 mart 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu.  Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Fakültənin “Biologiya”, “Biologiya müəllimliyi”, və “Ekologiya mühəndisliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisaslarına VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübə və internaturanın icrası üçün görülən tədbirlər. 2. Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin aparılması (Dövlət […]

Davamı

açıq dərs

Sosial fənlər kafedrasının müəllimi Axundova Lamiyə Ramiz qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda Fəlsəfə fənnindən “Qədim dövr Şərq və Yunan fəlsəfəsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fəlsəfənin mənşəyi və inkişaf mərhələlərindən Qədim Şərqdə fəlsəfi fikir, Misir, Babilistan, Çin, Zərdüştlük və onun müqəddəs kitabı Avesta, Azərbaycanda törəyən dini cərəyanlardan-zərvanilik, məzdəkilik, manilik kimi dini fəlsəfi […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının ƏMƏKDAŞLARI XƏZƏR UNİVERSİTETİNdə təşkil OLUNMUŞ “Elektron tullantılar  və onların idarƏ olunması üçün yol xƏritƏlƏrinƏ dƏstƏk “ mövzusunda keçirilən seminarDA İŞTİRAK ETDİLƏR

21 fevral 2024-cü il tarixində Xəzər Universitetində Ekoloji Tədqiqatlar Mərkəzi tərəfindən “Elektron tullantılar  və onların idarə olunması üçün yol xəritələrinə dəstək” mövzusunda seminar keçirildi. Seminarda Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının professoru b.e.d. Sevda Əhmədova və dosenti a.ü.f.d. Zabitə Ələkbərova iştirak etdilər. Seminarda həmçinin rəsmi statistikaya əsasən Azərbaycanda elektron tullantılar və onların idarə […]

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Məmmədova Aytac Yasin qızının Biologiya ixtisasının II kursunda “Mərkəzi sinir sistemi və sensor fəaliyyət” fənnindən (laboratoriya məşğələsi) “Fizioloji təcrübədə istifadə olunan alətlər və üsullar” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, dos. T.Rüstəmova, dos. E.Ağayeva, dos. L.Abdullayeva, b.ü.f.d. b/m. E.Hüseynova, a.ü.f.d. b/m. […]

Davamı

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fakültəmizdə tədbir keçirilib

 Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Xocalı soyqırımı ilə əlaqədar  videoçarx nümayiş etdirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə danışıb.  Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı […]

Davamı

açıq dərs

Botanika kafedrasının müəllimi Quliyeva Gülnarə Müzəffər qızının Biologiya ixtisasının III kursunda “Bitki ekologiyası” fənnindən “Bitki ekologiyasına giriş, tarixi inkişafı və digər elmlərlə əlaqəsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.Z.İsmayılova və digər əməkdaşlar iştirak etdilər. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi. 

Davamı

açıq dərs

Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzovun Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Bitkilərin sistematikası” fənnindən “Bitki sistematikasına giriş, elmin məqsədi, vəzifələri və əsas istiqamətləri” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov iştirak etdilər. Dərs təqdim olunan plan üzrə keçildi. Dərsdə elmə dair müasir anlayışlar, taksonomik kateqoriyalar, bioloji […]

Davamı

təhsilin təşkilinin təkmilləşdirilməsi-eduman (tədrisin idarə olunması sistemi) fəaliyyətə başladı

Azərbaycan Respublikasında təhsil sistemində aparılan islahatlarla bağlı ən aktual məsələlərdən biri də İKT və müasir informasiya vasitələrinin tətbiqi ilə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. 16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq […]

Davamı

təbrik edirik!

Təhsildə və ictimai işlərdə fərqləndiklərinə görə 2 fevral “Gənclər günü” münasibətilə fakültənin Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının II kurs tələbəsi Aslan İsfəndiyar Ehtibar oğlu və Kimya ixtisasının III kurs tələbəsi Suliyev Xəlil Vüqar oğlu universitetin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Davamı