təbrik edirik!
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANİNDA ALİ ATTESTASİYA KOMİSSİYASI KOLLEGİYASININ QƏRARI İLƏ BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞI AXUNDOVA SƏBİNƏ TELMAN QIZINA FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANİNDA ALİ ATTESTASİYA KOMİSSİYASI KOLLEGİYASININ QƏRARI İLƏ BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞI AXUNDOVA SƏBİNƏ TELMAN QIZINA FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR.
Qanlı Yanvar və ya 20 Yanvar faciəsi-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Çoxlu sayda insan qətlə yetirilmişdir. Bu təcavüzkarlıq siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır. Lakin bu hadisə bizim müstəqillik yolunda gördüyümüz […]
31 dekabr – bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali […]
23 dekabr 2022-ci il tarixində AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında Hüseynova Elnarə Əliş qızının “Bitki fiziologiyası (2411.09)” və “Genetika (2409.01)” ixtisasları üzrə “Azərbaycanın Qərb bölgəsində buğdanın məhsuldarlığının yüksəldilməsinin fizioloji, genetik xüsusiyyətləri” mövzusunda yekun müdafiəsi keçirilmişdir.
GDU-nun rektoru prof. Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Türkiyə Respublikasının Dokuz Eylül Universitetində ikili diplom proqramı ilə əlaqədar işguzar səfərdə olmuşlar. İşgüzar görüş çərçivəsində ikili diplom proqramı ilə əlaqədar keçirilən toplantıda ali məktəblər arasında həyata keçiriləcək layihələrdən danşılıb. Rektor Yusif Yusibov çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərindən danışıb. Elmi şurada həmçinin GDU-nun Elm […]
Kimya-biologiya fakültəsinin tələbələri 15.12.2022-ci il tarixində “Gəncə uşaq evi”ndə olmuşlar. Bayram münasibətilə balaca fidanlara hədiyyələr təqdim edib onları sevindirmişlər.
Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hacıyeva Şəlalə Zabir qızının Biologiya müəllimliyi ixtisasının III kursunda “İxtiologiya” fənnindən “Çəkikimilər: çəki, çapaq, külmə, kütüm balıqlarının quruluşu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova və digər əməkdaşlar iştirak etdilər. Dərs prosesində müəllimə çəkikimilər dəstəsinə aid olan bir sıra növlərin morfoloji xüsusiyyətlərini çapaq balığını […]
Dekabrın 12-si Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz […]
Tədris və tədris intizamının daha da yaxşılaşdırılması işində monitorinq qrupunun fəaliyyəti təqdirə layiqdir. Qrupun rəhbəri dos.A.Quliyev və üzvlər işgüzarlığı, işə yaradıcı münasibəti, dəyərli təklif və tövsiyyələrinə görə rəğbətlə qarşılanırlar. Onlar müəllimlərin mühazirə, seminar və laborator məşğələlərinə aid sənədlərini, jurnalların yazılması, tələbələrin davamiyyəti, dərs prosesində müəllimlərin müasir avadanlıqlarından istifadəsinə diqqət yetirir. Qrup iş gününün əvvəlində və […]
Botanika kafedrasının baş müəllimi Rahilə Məmmədovanın “Biologiya müəllimliyi” ixtisasının IV kursunda “Mikrobiologiya və virusologiya” fənnindən “Su mühitində bakteriyaların hesablanma qaydası” mövzusunda laboratoriya məşğələsindən açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan k.e.d.İ.Alverdiyev, dekan müavini fəxri prof.M .Həsənov, dos.Z.İsmayılova, prof. A. Bayramova, b.ü.f.d. R. Quliyeva və digər əməkdaşlar iştirak etdilər. Sonda […]