Kateqoriya Arxivləri: Xəbərlər

“Dəmirin alınması və xassələrinə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Zəhra Əliyevanın Kimya ixtisasının II kursunda “Qeyri-üzvi kimya 2” fənnindən açıq dərsi təşkil olundu. Dərsdə fakültə dekanı və kafedra əməkdaşları iştirak etdilər. Açıq dərs VIII B qrup elementlərinin ümumi xarakteristikası haqqında sual cavabla başladı. Dəmirin xassələrinə aid təcrübələrin, onun birləşmələrinin xassələrinə aid reaksiyalar aparılmaqla yanaşı, iki və üçvalentli dəmir ionlarının təyini […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələri Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimində iştirak etdilər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına videomüraciəti təqdim olunub.  Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini – 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb. R.Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. O vurğulayıb ki, “Azərbaycan Respublikasında […]

Davamı

qan sisteminin fiziologiyası mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. baş müəllimi Elnarə Hüseynovanın Biologiya müəllimliyi ixtisasının III kursunda açıq dərsi keçirildi. Açıq dərsdə qanın tərkibi, miqdarı və fiziki-kimyəvi xüsusiyyətləri, qanın laxtalanması, qan qrupları və qanın formalı elementləri haqqında geniş məlumat verildi. Qan sisteminin orqanizmin həyat təminedici sistemlərindən biri olması və çox mühüm funksiyalara malik olması vurğulandı. Açıq dərsdə […]

Davamı

azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafı mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Nəsibə Nəsirovanın Ekologiya mühəndisliyi ixtisasının IV kursunda açıq dərsi təşkil edildi. Dərsdə kafedra müdiri prof.S.Əhmədova, dos.Z.Ələkbərova, dos.T.İsgəndərova, b/m.S.Cəfərova iştirak etdilər. Mühazirədə suvarma sistemləri, suvarmanın növləri və qeyri-ənənəvi sulardan istifadə etməklə suvarmanın tətbiqindən danışıldı. Suvarmanın tətbiqi üçün hidrotexniki qurğulardan istifadədən də geniş bəhs olundu. Müasir təlim vasitəsi olan slaydlardan istifadə […]

Davamı

qarışıq funksiyalı birləşmələr, oksi və aminturşular mövzusunda açıq dərs keçirildi.

Kimya kafedrasının dosenti İbrahimli Sahil İsa oğlunun Biologiya müəllimliyi ixtisasının III kursunda Üzvi kimya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos A.Məmmədova, b/m.F.Alverdiyeva və b/m.L.Namazova iştirak etdilər. Mühazirə plan əsasında müasir təlim texnologiyalarından, internet və ədəbiyyat məlumatlarından istifadə edilməklə hazırlanmışdı. Mühazirədə oksi və aminturşuların təbii nümayəndələri, tətbiq sahələri, alınma üsulları və […]

Davamı

dodaqçiçəklilər fəsiləsi mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının baş müəllimi a.ü.f.d. Zərifə Tağıyevanın laborator məşğələsinin təchizatı (lazım olan əşya və ləvazimatlar) işin gedişinə dair icrası nəzərdə tutulan məsələlərlə tələbələri tanış etdi. Ən yaxşı cəhət ondan ibarət oldu ki, müəllimə keçmiş mövzu ilə yeni mövzunu əlaqələndirdi. Sonra dodaqçiçəklilər fəsiləsindən olan herbari nüsxələri üzərində onların fəal iştirakını təmin etməklə təhlil apardı. Dərsdə tələbələrin […]

Davamı

gdu-nun startap komandası respublika səviyyəsində keçirilən “startap günləri” layihəsinin qalibi olub

25 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində “Startap Günləri” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Universitetin Biologiya-kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası respublika səviyyəsində keçirilən layihədə birinci yerə layiq görülüb.

Davamı

elmi şura 26.11.2019

26 noyabr 2019-cu il tarixdə Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1. İxtisas kafedralarında 2019-cu ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi   2. Mühazirə və laborator məşğələlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər. (Açıq dərslərin təşkili və nəticələri) 3. Tələbə elmi-tədqiqat işlərinin icra vəziyyəti (I kurs tələbələrinin tədqiqata cəlb edilməsi) 4. İxtisaslar […]

Davamı

zülalların rəngli reaksiyaları mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Yunis Hacıyevin Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda Həyat fəaliyyətinin kimyəvi əsasları fənnindən açıq dərsi keçirildi. Dərsdə dekan dos.İ.Alverdiyev, dos.M.Həsənov, kafedra müdiri A.Məmmədova, b/m.F.Alverdiyeva və digər əməkdaşlar iştirak etdilər. Açıq dərsdə zülalların və aminturşuların rəngli reaksiyaları nəzərdən keçirildi. Tələbələr ninhidrin, biuret, ksantoprotein və fol reaksiyalarını, onların mexanizmlərini nəzərdən keçirdilər, lövhədə […]

Davamı

həzm orqanları sistemi, həzmin fiziologiyası mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda İnsan və heyvan fiziologiyası fənnindən açıq dərs keçirildi. Dərsdə kafedra müdiri b.e.d.Vəfa Məmmədova və kafedranın müəllimləri iştirak etdilər. Müəllimə mühazirədə həzmin tiplərini, ağız boşluğunda, mədədə, həzmi, ödün əmələ gəlməsini və ifraz mexanizmlərini ətraflı izah etdi. Mühazirənin tədrisində slaydlardan […]

Davamı