açıq dərs

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Tərlan Əsilbəyovanın Ekologiya mühəndisliyi ixtisasının IV kursunda “Rayon və müəssisələrin ekoloji pasportlaşdırılması” fənnindən “Atmosfer komponentlərinin kimyəvi çirklənməsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə atmosferin antropogen təsirlərdən çirklənməsindən, CO2 qazının atmosferin çirklənməsində rolundan, statistik göstəricilərdən, Azərbaycanda qəbul olunmuş atmosferin qorunması haqqında qanunvericilik və digər çirklənmələr haqqında tələbələrə geniş məlumat verildi.

Davamı

Ümummilli lider HEYDƏR ƏLİYEVin anadan olmasının 100 illiyinə hƏSR EDİLMIŞ “GƏNC ALİMLƏRİN BEYNƏLXALQ PAYIZ MƏKTƏBİ” konfransı keçirildi

   Noyabrın 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunmuş gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli payız məktəbinin iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb.  İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan danışılıb. Konfransda […]

Davamı

“Zəfər Günü” ilə bağlı fakültədə tədbir keçirildi

İlk olaraq “Zəfər günü” ilə bağlı keçirilən tədbirdə Vətən uğrunda canlarından keçən igid oğullarımızın-Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə GDU-nun Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açıq elan etdi. O, İkinci Qarabağ müharibəsindən və qazandığımız şanlı qələbədən geniş və ətraflı məruzə etdi. Sonra AMEA-nın müxbir üzvü prof.V.Novruzov Ali […]

Davamı

açıq dərs

Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun Ekologiya mühəndisliyi və Kimya mühəndisliyi ixtisasının I kursunda “Fizikanın əsasları” fənnindən Sabit cərəyan qanunları. Sabit cərəyanın işi və gücü. Müxtəlif mühitlərdə elektrik cərəyanı mövzusunda açıq dərsi keçirildi. Müəllim sabit cərəyan, Om qanunu, dövrə hissəsi üçün və tam dövrə üçün Om qanununun intereqral və diferensial ifadələrini və s. […]

Davamı

açıq dərs

Kimya kafedrasının müəllimi Qəhrəmanov Elşən Teymur oğlunun Kimya müəllimliyi ixtisasının II kurs tələbələrinə Ümumi kimya fənnindən “Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillərə aid təcrübələr” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dosent A.Məmmədova, dos.M.Rzayeva, dos.əv.X.Kəsəmənli, b/m.Z.Əliyeva iştirak etdilər. Açıq dərs müəllimin auditoriyanı mövzuya dair sual-cavab etməsi ilə başladı. Sonra tələbələr […]

Davamı

açıq dərs

Botanika kafedrasının müəllimi Nərgiz Fətəliyevanın “Biologiya” ixtisasının I kursunda “Ötürücü toxumalar. Ksilem. Ələkvari borular. Floem” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.Z.İsmayılova və digər əməkdaşlar iştirak etdilər.

Davamı

EKOLOGİYA VƏ TƏBİƏTİ MÜHAFİZƏ KAFEDRASINDA daha bir SƏRBƏST MÖVZU ƏTRAFINDA SEMİNAR KEÇİRİLDİ

Ekologiya və təbiəti mühafizə kafedrasında “Müasir ekoloji problemlərə”  həsr  olunmuş  seminar keçirilmişdir. Ekologiya ixtisasının II kurs tələbəsi Adilə Əliyeva tərəfindən keçirilən elmi seminarda «Atmosferin çirklənməsi və onun həlli yolları» adlı mövzu  Ekologiya,  Ekologiya mühəndiliyi ixtisasının tələbələri və kafedranın professor-müəllim heyəti tərəfindən dinlənilmişdir. Məruzədən sonra kafedranın professor-müəllim və tələbələri tərəfindən suala-cavabla diskusiya keçirilmişdir.

Davamı

ekologiya və təbiəti mühafizə kafedrasında ixtisas tələbələrinin sərbəst mövzu ətrafında seminarı keçirildi

Ekologiya ixtisasının I kurs tələbəsi Zəhra İsgəndərova tərəfindən keçirilən elmi seminarda «Ekoloji problemlər və iqlim dəyişmələri» adlı mövzu  I kurs Ekologiya, III kurs  Ekologiya mühəndiliyi ixtisasının tələbələri və kafedranın professor-müəllim heyəti tərəfindən dinlənilmişdir.

Davamı