şəhidlər unudulmur, hər zaman anılır!

Hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Fakültədə “27 sentyabr Anım günü” münasibətilə tədbir keçirildi. Məzun şəhidlərimiz hörmət və ehtiramla anıldılar. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Davamı

təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Davamı

elmi şura

13 sentyabr 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. 2023/2024-cü tədris ilinin yekunları. Fakültə dekanlığının hesabatı. 2. Qəbul planının ödənilmə səviyyəsinə uyğun olaraq 2024-2025-ci tədris ilinə aid kafedralara verilmiş tədris tapşırıqlarında aparılmış müvafiq düzəlişlər əsasında hazırlanmış dərs yüklərinin müzakirə və təsdiqi. 3. Yeni dərs ilinə dair […]

Davamı

Türkiyənin İzmir şəhərində “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir

 2024-cü il 2-4 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və  Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin  birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans Avrasiyada  ətraf mühitin pozulması nəticəsində insan həyatı üçün problem yaradan ekoloji  məsələlər və onların yumşaldılması istiqamətində qlobal prioritet olan çağırışlara  və yaranmış […]

Davamı

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ KEÇİRİLƏN QƏBUL İMTAHANLARINDA 600 VƏ DAHA ÇOX BAL TOPLAYAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

 Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin  payız semestri ərzində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək.  Növbəti semestrlərdə tələbənin ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai […]

Davamı

elmi şura

    9 iyul 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1.Yaz imtahan sessiyasının yekunları barədə dekanlığın məlumatı. 2. 2024-2025-ci tədris ilinə dair aparılan hazırlıq işləri. Tədris tapşırıqlarının kafedralara çatdırılma vəziyyəti. 3.“Buraxılış işi” və “Dövlət imtahanı” üçün attestasiya komissiyaları sədrlərinin hesabatlarının müzakirə və təsdiqi. 4.Fakültə elmi şurasının 2024-2025-ci […]

Davamı

GDU-da “məzun günü” keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edildi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu  Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi qaziləri, şəhid […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının doktorantı Musayev Vüsal Ramiz oğlunun “Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının əyani doktorantı Musayev Vüsal Ramiz oğlunun (Elmi rəhbəri b.e.d., professor Sevda Əhmədovadır) işğaldan azad olmuş ərazilərdən biri olan Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğuna aid “Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi. Musayev mövzunu yüksək səviyyədə təqdim etdi və ona ünvanlanan sualları elmi […]

Davamı

GDU-DA İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Universitetimizdə 2023/2024-cü tədris ilinin yaz semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, AMEA-nın Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və digər ziyalılar, KİV nümayəndələri,  tələbə valideynləri iştirak ediblər. İlk olaraq universitetin […]

Davamı