Müəllif Arxivləri: Aynur Məmmədova

açıq dərs

Kimya kafedrasının əməkdaşı baş müəllim Sevinc Vilayət qızı Zeynalovanın Biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Biokimya fənnindən “Vitaminlərin təsnifatı və nomenklaturası” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof.İ.Alverdiyev, kafedra müdiri dos. A.Məmmədova, k.ü.f.d., b.m. V.Abbasova, k.ü.f.d., m. G.Zeynalova, b/m.L.Namazova, b/lab. A.Bayramova iştirak etmişlər. Açıq dərs vitaminlərin hüceyrənin normal həyat fəaliyyətindəki mühüm rolları haqqında […]

Davamı

açıq dərs

Kimya kafedranın əməkdaşı professor Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Ümumi kimyanın tədrisi metodikası fənnindən “Kimyanın tədrisində tətbiq edilən təlim üsulları” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Azad Həmkarlar Komitəsinin sədri b.ü.f.d. A.Qasımova, kafedra müdiri dos. A.Məmmədova, dos. S.Mehdiyeva, b/m. F.Məmmədova, m. F.Əlizadə iştirak etmişdir. Müəllim prof. T.Tağıyev […]

Davamı

açıq dərs

Botanika kafedrasının baş müəllimi Elnarə Hüseynovanın Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Bitki fiziologiyası” fənnindən “Hüceyrə şirəsinin qatılılığı və potensial osmotik təzyiqin refraktometrik üsul ilə təyin edilməsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə kafedra müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov və Tədris işləri üzrə dekan müavini prof.M.Həsənov iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. […]

Davamı

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı “ adlı tədbir keçirildi

30 sentyabr 2024-cü il tarixində Gəncə şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı “ adlı tədbir keçirildi. Tədbirdə GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri yaxından iştirak etdilər. “ Biomüxtəliflik-təbiətin harmoniyası” devizi altında olan tədbirdə ekoloq-tələbələr milli parklarla virtual tanışlıq imkanı qazandılar. Tədbirdə […]

Davamı

şəhidlər unudulmur, hər zaman anılır!

Hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Fakültədə “27 sentyabr Anım günü” münasibətilə tədbir keçirildi. Məzun şəhidlərimiz hörmət və ehtiramla anıldılar. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Davamı

təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Davamı

elmi şura

13 sentyabr 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. 2023/2024-cü tədris ilinin yekunları. Fakültə dekanlığının hesabatı. 2. Qəbul planının ödənilmə səviyyəsinə uyğun olaraq 2024-2025-ci tədris ilinə aid kafedralara verilmiş tədris tapşırıqlarında aparılmış müvafiq düzəlişlər əsasında hazırlanmış dərs yüklərinin müzakirə və təsdiqi. 3. Yeni dərs ilinə dair […]

Davamı

Türkiyənin İzmir şəhərində “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir

 2024-cü il 2-4 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və  Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin  birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans Avrasiyada  ətraf mühitin pozulması nəticəsində insan həyatı üçün problem yaradan ekoloji  məsələlər və onların yumşaldılması istiqamətində qlobal prioritet olan çağırışlara  və yaranmış […]

Davamı