Kateqoriya Arxivləri: Xəbərlər

“Hidrosferin kimyəvi çirklənmə mənbələri və çirkləndiriciləri” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Yunis Hacıyevin Ekologiya ixtisasının I kursunda Ekoloji kimya fənnindən “Hidrosferin kimyəvi çirklənmə mənbələri və çirkləndiriciləri” mövzusunda  açıq  dərs keçirilmişdir. Açıq dərsdə Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova və kafedra əməkdaşları iştirak etmişlər. Fənn müəllimi açıq dərsin mövzusuna aid 4 plan və 3 təlim nəticəsi planlaşdırmışdı. Dərsdə hidrosferin təbii və antropogen yolla çirklənmə […]

Davamı

“Bərpa olunan enerji mənbələri” mövzusunda seminar keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasında “Bərpa olunan enerji mənbələri” mövzusunda maraqlı seminar keçirildi və tələbələrin diskussiyası oldu. Ekologiya ixtisasının I kurs tələbəsi Şəms Məmmədli bərpa olunan enerji mənbələri mövzusuna aydınlıq gətirərək maraqlı izah verdi. Mövzu aktual məsələyə həsr olunmuşdu və tələbələr tərəfindən maraqla dinlənildi.

Davamı

“Səməni” festivalı keçirildi

Kimya və biologiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirildi. Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub. Tələbələrin maraqlı əl işləri, səmənilər, eləcə də qədimi əşyaların nümayişi, tələbələrin milli rəqsləri və bayram tonqalı festifalı daha da maraqlı edib. Universitetin rektoru prof. […]

Davamı

Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsi davam edir

Kimya və Kimya mühəndisliyi ixtisaslarının Ⅳ kurs tələbələri Kimya kafedrasının müdiri dos.Aynur Məmmədova və rəhbər müəllim b/m.Vüqarə Əliyevanın rəhbərliyi ilə Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində olmuşlar. Təcrübə zamanı tələbələr ilk olaraq zavodun rəhbəri Ayət Bağırov ilə görüşmüşlər. Sonra zavodun Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə cahavdeh şəxs Bilal Abdullayev tərəfindən zavodun texniki təhlükəsizlik qaydası ilə […]

Davamı

Novruz ətirli Dərs

Baharın gəlişi ilə təbiət yenidən canlanır. Bu gözəl dəyişikliklər insanlara sevinc gətirməklə yanaşı, həm də biologiya elminin öyrəndiyi canlı aləmin yenilənməsini göstərir. Məhz buna görə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın tədris etdiyi Biologiyanın tədrisi metodikası fənnində dərs xüsusi olaraq Novruz bayramının ruhuna uyğun təşkil olunmuşdu. Kimya və biologiya müəllimiliyi III kurs ixtisasında […]

Davamı

“Ekoklub”un yeni idarə heyəti seçkisi keçirildi

11 mart 2026-cı il tarixində Gəncə Dövlət Universitetində fəaliyyət göstərən GDU Ekoklub olaraq Əsasnaməmizə uyğun şəkildə hər il həyata keçirdiyimiz idarəetmə yenilənməsi çərçivəsində əvvəlki idarə heyəti ilə rəsmi şəkildə vidalaşaraq klubumuzun yeni idarə heyətini formalaşdırdıq və staffımızı tam şəkildə yenilədik. Bu yenilənmə klubun davamlı inkişafını təmin etmək, yeni ideyaların və təşəbbüslərin meydana çıxmasına şərait yaratmaq […]

Davamı

Yel çərşənbəniz mübarək!

Bu gün Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. […]

Davamı

Kimya və Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirildi

10 mart 2026-cı il tarixində fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirildi. Tədbirdə Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültə üzrə TEC sədri Leyla Süleymanova, sədr müavini Aysel Mikayılova, fakültə TGT sədri Əziz Əzizli, eləcə də idarə heyətinə […]

Davamı

8 mart-Beynəlxalq Qadınlar Günüdür

Martın 8-i Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, elmin və təhsilin inkişafında mühüm rol oynayan güclü və fədakar sima kimi seçilib. Bu gün də qadınlarımız ölkəmizin intellektual potensialının formalaşmasına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə böyük töhfə verirlər. Əziz qadınlar, bayramınız mübarək!

Davamı

“Dream commuters” mövzusunda açıq dərs keçirildi

Praktik xarici dillər kafedrasının baş müəllimi, f.f.d. Rüstəmova İlhamə Saleh qızının Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Dream commuters” mövzusunda açıq dərs keçirildi. Mövzunun təqdimatı DVD-materialı izləməklə başladı, əyani vəsaitlərdən və interaktiv təlim metodlarından geniş şəkildə istifadə edilərək mövzuya aid məlumat verildi. Müasir dövrdə əhalisi çox olan böyük şəhərlərdəki sərnişin problemlərinə aid məlumatlar izlənildi. […]

Davamı