Kateqoriya Arxivləri: Xəbərlər
açıq dərs
12.10.2018-ci il tarixində Botanika kafedrasının müəlliməsi S.T. Axundovanın Biologiya-Kimya fakültəsinin Biologiya müəllimliyi I2 ixtisasına Bitki anatomiyasi və morfologiyası fənnindən”Mexaniki toxumalar” adlı movzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Botanika kafedrasının müdiri, prof.V.S.Novruzov, dos. Z.M.İsmayılova, dos A.A.Bayramova Universitet monitorinq qrupunun üzvü dos. M.Vəliyev, dos.S.İbrahimli,baş.lab A.Ş. Qədimova, lab.N.Q.Fətəliyeva iştirak etdilər.
AMEA-nın botanika institutunun doktorantı heydərova rəna tahir qızının dissertasiya işinin müzakirəsi
15.10.2018-ci il tarixində AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Birləşmiş Dissertasiya şurasının müvafiq qərarına əsasən aparıcı təşkilat kimi təyin edilmiş Botanika kafedrasının genişləndirilmiş iclasında Heydərova Rəna Tahir qızının (2417.01 Botanika ixtisası üzrə) “Böyük Qafqazın (Azərbaycan daxilində) Səhləbkimiləri Orchidaceae Juss” mövzusunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilmişdir.
açıq dərs
Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. dos.əvəzi Ağayeva Elfira Zaur qızının Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Fərdi inkişafın biologiyası” fənnindən “Differensasiya, determinasiya, inteqrasiya və induksiya” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev və kafedranın müəllimləri iştirak etmişlər. Açıq dərsdə müasir təlim metodlarından istifadə olunmuşdur. Proqram materialları tələbələrə çatdırıldı. Tələbələr suallara aydın və […]
AMEA-nın müxbir üzvi prof.V.S.Novruzovun 25 № şəhər tam orta məktəbində “Azərbaycanda bitki örtüyünün bioloji, müxtəlifliyi və genefondun mühafizəsi” mövzusunda açıq dərsi olmuşdur.
12.10.2018-ci il tarixində AMEA-nın müxbir üzvi prof.V.S.Novruzovun 25 № şəhər tam orta məktəbində “Azərbaycanda bitki örtüyünün bioloji, müxtəlifliyi və genefondun mühafizəsi” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə universitetin təcrübə və karyera şöbəsinin müdiri C. Qarayev, b.ü.f.d. R.Z.Quliyeva, G.Quliyeva, N.Fətəliyeva, həmçinin məktəbin direktoru, fənn müəllimləri, VII-XI sinif şagirdləri iştirak etmişlər.
açıq dərs
10.10.2018-ci il tarixdə Ekologiya mühəndisliyi ixtisasının III kursunda müəllim İsmayılov Ümid Suliddin oğlunun “Fəlsəfə” fənnindən “İdrak nəzəriyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Sosial fənlər kafedrasının müdiri dos.A.Məmmədov, müəllimlərdən b/m.Ü.Balakişiyev, b/m.Ş.Quliyev iştirak etdilər. Açıq dərsdə əyani vəsaitlərdən istifadə olundu. Ü.İsmayılov İdrak nəzəriyyəsi və onun mahiyyəti, tarixi inkişafı, idrakın praktika ilə əlaqəsi, idrakın […]
“müəllimlər günü” münasibətilə tədbir keçirildi
Tədbirdə Universitetin Humanitar Məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, fakültənin dekanı dos.İ.Alverdiyev və kafedra müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.Z.İsmayılova iştirak etdilər. Onlar çıxış edərək tələbələrə gələcək illərdə müvəffəqiyyət və müəllim peşəsinə yiyələnməklərini arzu etdilər.
Gəncə Dövlət Universitetinin AMEA üçün kadr hazırlığı davam edir.
25.09.2018-ci il tarixdə AMEA Botanika İnstitutunun Birləşmiş Dissertasiya Şurasında b.ü.f.d. Sevda Alverdiyevanın biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan lixenoflorasının müasir vəziyyəti” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertantın elmi məsləhətçisi GDU Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzov olmuşdur. Dissertasiya işinə Rostov Universitetinin professoru Zakutnova V.İ., prof.A. Əskərov, b.e.d.Z.Məmmədova rəsmi opponentlər kimi […]
“sülh naminə” mövzusunda Biologiya-kimya fakültəsinin tələbələri ilə dəyirmi masa keçirildi
Sülh naminə mövzusunda keçirilən tədbirdə fakültənin Humanitar məsələlər üzrə dekan müavini dos. İsmayılova Zilxumar Məmməd qızı geniş məruzə etdi. Qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi xalqımız sülhsevərdir. Ona görə də o hakimiyyətə gələndən sonra atəşkəsin qəbul edilməsinə nail oldu. Xalqımızın əsgər oğullarının qanının tökülməsinin qarşısı alındı. ATƏT-in Minsk qrupunun sədrləri ilə sülh […]