olimpiada
Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri üçün biologiya fənnindən olimpiada keçirildi. Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsində yaradılan müasir laboratoriyalarla yaxından tanış olublar. AMEA-nın müxbir üzvü, GDU-nun professoru, Botanika kafedrasının müdiri Vaqif Novruzov və Anatomiya, fiziologiya […]