Kateqoriya Arxivləri: Xəbərlər
ALLAH RƏHMƏT ELƏSİN!
Botanika kafedrasının müəllimi, Biologiya-kimya fakültəsinin dekan müavini dosent Qazıyev Məhəmmədiyyə Tacəddin oğlu 15.09.2020-ci il tarixdə saat 1615 -də dünyasını dəyişdi. Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinə, professor-müəllim heyətinə, böyük tələbə ordusuna ağır itki üz verdi. Fakültənin kollektivi adından mərhumun ailəsinə, yeganə övladı qızına, nəvələrinə, oğul əvəzi kürəkəninə, bütün qohumlarına baş sağlığı veririk, səbr diləyirik. Qəbri nurla […]
allah rəhmət eləsin!
Dosent Rüstəmov Adil Musa oğlunun fakültənin qazandığı müsbət ənənələrin davam etdirilməsində xüsusi xidmətləri olmuşdur. Tələbələri ondan elmlə yanaşı qayğıkeşlik və təşəbbüskarlıq öyrənmişlər. Adil müəllim yaradıcı insan kimi onu tanıyanların qəlbində daima yaşayacaqdır!
buraxılış işlərinin online qaydada müdafiəsi keçirildi
Fakültənin IV və V kurs tələbələrinin Biologiya, Kimya və Ekologiya fənləri üzrə Buraxılış işlərinin online qaydada müdafiəsi keçirildi. Komissiya buraxılış işlərini dinlədi, tələbələr verilən sualları cavablandırdılar və yekunda onlar ümumi rəy əsasında qiymətləndirildilər.
31 mart soyqırımı
Mart soyqırımı-1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin […]
KORÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNDA NÖVBƏTİ ELMİ EKSPEDİSİYA
Azərbaycanın “Qırmızıkitabı”-nın III nəşrinə hazırlıqla əlaqədar Korçay Dövlət Qoruğunda məhdud areala malik növlərin müəyyənləşdirilməsi və taksonomik statuslarının dəqiqləşdirilməsi məqsədilə qoruq ərazisində elmi ekspedisiya təşkil olunmuşdur. Ekspedisiyada Gəncə Dövlət Universiteti Botanika kafdrasının müdiri, AMEA-nın müxbir üzvü prof.Vaqif Novruzov, dos.Zilxumar İsmayılova, dissertantlar Fidan İsayeva, Gülnar Quliyeva, Elanora Cavadova, Fədai Mustafayev, Korçay qoruğunun elmi işçiləri Əsli Cabbarova, Bəxtiyar […]
botanika kafedrasının dosenti aynur bayramovanın “Yosunların morfoloji quruluşu. Göy-yaşıl yosunlar” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, dos. Zilxumar İsmayılova, dos. Murad Vəliyev, Botanika kefedrasının dosenti Mirzə Həsənov, b/l. Nərgiz Fətəliyeva və başqaları iştirak etdilər. Dərsin başlanğıcında Aynur Bayramova Xocalı soyqırımına aid çıxış etdi və bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Sonra isə dərs davam etdirildi. Dərs əyani vəsaitlərlə zəngin idi.
Biologiya-kimya fakültəsində “Xocalı soyqırımı” ilə bağlı tədbir keçirildi
Tədbirdə universitetin Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva Xocalı faciəsi haqqında çıxış edərək bildirdi ki, bu faciə xalqımızın tarixinə yazılmış ən ağrılı, acılı, unudulmaz bir gündür. Çünki bu tarixdə günahsız insanların vəhşicəsinə öldürülməsi, amansızcasına qırılması, insanlığa edilən ən böyük zülm və haqsızlıqdır. Xocalıdan sağ qalan sakinlərin də bu faciə haqqında çıxışları dinləyənləri qəhərə boğdu.
əsrin faciəsi-xocalı soyqırımı!
Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilmişdir. Bu zaman etnik azərbaycanlılara qarşı soyqırım baş verdi. Xocalıda dinc əhaliyə zülm edildi, qadınlar girov saxlanıldı. Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilirdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə […]
elmi şura 19.02.2020
19 fevral 2020-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1. 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr 2. İkinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi. (2019-2020-ci tədris ili üçün) 3. Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin […]










