yeni azərbaycan partiyasının yaranma tarixi (25 illiyi ilə əlaqədar) və qazandığı uğurlar haqqında universitetin humanitar məsələlər üzrə prorektoru dos.g.fətəliyeva ı kurs tələbələri qarşısında maraqlı məruzə ilə çıxış etdi.
Seminarda kafedranın dosenti Ağayeva Elfira Zaur qızının rəhbərliyi ilə Genetika ixtisasının II kurs tələbəsi Salmanzadə Lalə Bahadur qızı “İrsiyyət və dəyişkənliyin qanunauyğunluqlarının öyrənilməsi” mövzusunda çıxış etdi.
Biologiya-kimya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda mühazirə müəllimi Dos.V.F.Məmmədovanın iştirakı ilə müəllim L.Abdullayevanın 17.11.2017-ci il tarixində “Onurğalılar zoologiyası” fənnindən “Quşların xarici və daxili quruluşu” mövzusunda laboratoriya məşğələsi keçirilmişdir. Dərsdə kafedranın baş müəllimləri Ş.Hacıyeva, G.Hümbətova və digər əməkdaşlar da iştirak etmişlər.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun Gəncə şəhər Təhsil İdarəsi, 4, 39 və 2 saylı bağçanın rəhbərləri ilə bağladığı müqavilələrə əsasən həmin təşkilatlarda ardıcıl olaraq elmi, metodiki və ictimai xarakterli geniş miqyaslı tədbirlər həyata keçirilir. 14 noyabr 2017- ci il tarixdə baza təhsil ocağımız olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin […]
Kimya müəllimliyi ixtisasının III kursunda dosent İbrahimli Sahil İsa oğlunun açıq dərsi keçirildi. Dərsdə dos.M.Vəliyev və N.Ələkbərov da iştirak etdilər. Dərs tələbələrin fəal iştirakı ilə yekunlaşdırıldı. Sonda açıq dərsin əla ilə qiymətləndirilməsi qərara alındı.
14.11.2017-ci il tarixdə Botanika kafedrasının müəllimi Elnarə Hüseynovanın Biologiya müəllimliyi III kurs tələbələrinə Bitki fiziologiyası fənnindən “Yarpağın alt və üst hissəsində transpirasiyanın xlor-kobalt (CoCl2) metodu ilə müqayisəli tədqiqi” mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi keçirildi. Aşıq dərs müasir tələblər əsasında keçirilmişdir. Tələbələrin və müəllimin yüksək hazırlığı qeyd edilmişdir. Dərs əla qiymətləndirilmişdir. Açıq dərsdə Botanika kafedrasının […]
Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri qaydasında idi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos.V.Məmmədova da iştirak etdilər. İnsan və heyvan fiziologiyası fənindən “Görmə itiliyinin təyini” mövzusunda olan dərs çox maraqlı keçdi. Dərsdə əyani vəsait kimi Sifsef cədvəlindən və slaydlardan istifadə olundu. Sonda tələbələrin görmə itiliyi təyin olundu.
AMEA-nın müxbir üzvü, AMEA-nın akademik Murtuza Nağıyev adına “Kataliz və Qeyri-üzvi kimya” institutunun direktor müavini, kimya elmləri doktoru professor Babanlı Məhəmməd Baba oğlunun Kimya kafedrasının əməkdaşları ilə görüşü oldu. O, əməkdaşlara kimya sahəsində planlaşdırılan problemlər və əldə edilən nəticələr haqqında maraqlı məruzə etdi. Sualları cavablandırdı.
PROTOKOL № 2 B İ L D İ R İ Ş 3 noyabr 2017-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası olmuşdur. Gündəlik məsələlər 1.İxtisas kafedralarında 2017-ci ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti 2.Kredit borcu olan tələbələrlə aparılan işlər 3.Buraxılış işi və magistr dissertasiya […]
Kimyanın tədrisi metodikası fənnindən Qeyri üzvi maddələrin təsnifatı mövzusunda açıq dərs keçirildi. Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri var idi. Açıq dərs interaktiv təlim üsullarından istifadə edilməklə əla tədris olundu.