TƏCRÜBƏÇİ TƏLƏBƏ Aliyə Hüseynovanın sınaq dərsi keçirildi

Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Aliyə Hüseynovanın Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə Kimya fənnindən “Kimyəvi reaksiyaların əlamətləri” mövzusunda sınaq dərsi keçirildi. Dərsdə Kimya kafedrasının baş müəllimi Aygün Zeynalova və Təcrübə və karyera şöbəsinin əməkdaşları iştirak etmişlər.

Davamı

“Heyvanların həyat formaları” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidovanın Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda “Heyvan ekologiyası” fənnindən “Heyvanların həyat formaları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs interaktiv metodla keçildi, yeni mövzu əyani vəsait və slaydla tələbələrlə birgə müzakirə olundu. Qarşılıqlı fikir mübadiləsi aparıldı. Açıq dərsdə dekan prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vəfa Məmmədova […]

Davamı

“Tərkibində flovonoidlər olan dərman bitkiləri” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasını dosenti Tağıyeva Zərifə İbrahim qızının Biologiya ixtisasının (ikili diplom layihəsi) III kursunda “Dərman bitkiləri” fənnindən “Tərkibində flovonoidlər olan dərman bitkiləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədris məsələləri üzrə prorektor prof.İsfəndiyar Alverdiyev, kafedra müdiri  prof. Vaqif Novruzov, tədris departamentinin direktoru dos. Elturan Yusifov, fəxri prof. Mirzə Həsənov, dos. Zilxumar İsmayılova, dos. Ramidə Quliyeva, dos. […]

Davamı

“Biosistemləri yaradan əsas komponentlər” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Sevda İbrahimovanın Ekologiya ixtisasının III kurs tələbələrinə Nəzəri ekologiya fənnindən “Biosistemləri yaradan əsas komponentlər” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu slaydlar əsasında əhatəli izah etmiş və elmi yeniliklər aşılamışdır. Açıq dərs müəllim-tələbə aktivliyi şəraitində baş tutmuşdur.

Davamı

Aprel döyüşləri-tariximizin şanlı salnaməsi

Azərbaycan ordusunun qələbəsi ilə başa çatan aprel döyüşlərindən 10 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam […]

Davamı

31 Mart-Bəşər tarixinin ən ağır faciəli soyqırımı günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu qanlı səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı törədildi. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə […]

Davamı

Novruz bayramınız mübarək!

Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun […]

Davamı

Təbrik edirik!

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12.03.2026-cı il tarixli qərarı ilə Kimya kafedrasının kimya elmləri doktoru İsfəndiyar Cavid oğlu Alverdiyevə Kimya elm sahəsinin 2303.01 Qeyri-üzvi kimya ixtisası üzrə professor elmi adı verilmişdir. 

Davamı

Fakültəmizin müəllimi fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Musayev Vüsal işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda apardığı elmi tədqiqatlara görə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarına əsasən, Musayev Vüsal Ramiz oğluna 2426.01 – Ekologiya ixtisası üzrə biologiya elm sahəsində fəlsəfə doktoru elmi dərəcəsi […]

Davamı