təhsilin təşkilinin təkmilləşdirilməsi-eduman (tədrisin idarə olunması sistemi) fəaliyyətə başladı

Azərbaycan Respublikasında təhsil sistemində aparılan islahatlarla bağlı ən aktual məsələlərdən biri də İKT və müasir informasiya vasitələrinin tətbiqi ilə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. 16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq […]

Davamı

təbrik edirik!

Təhsildə və ictimai işlərdə fərqləndiklərinə görə 2 fevral “Gənclər günü” münasibətilə fakültənin Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının II kurs tələbəsi Aslan İsfəndiyar Ehtibar oğlu və Kimya ixtisasının III kurs tələbəsi Suliyev Xəlil Vüqar oğlu universitetin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Davamı

AMEA-nın müxbir üzvü, prof. Vaqif Novruzovun biblioqrafik məcmuəsi çapdan çııxmışdır

Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzovun biblioqrafik məcmuəsi Bakı Elm nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunmuşdur. Kitab AMEA Rəyasət Heyətinin 19 iyun 2023-cü il tarixli 20/6 qərarı ilə çapa təqdim olunmuşdur. Kitab V.Novruzovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab və məqalələrini və s. əks etdirir. Kitaba […]

Davamı

20 yanvar-qanlı tariximiz!

  Xalqımızın yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar”, “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridildi. Dinc əhaliyə amansızcasına divan tutuldu. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi. Həmçinin […]

Davamı

açıq dərs

Kimya kafedrasının müəllimi Günel Samir qızı Zeynalovanın Kimya ixtisasının IV kurs tələbələrinə Kompleks birləşmələr  fənnindən “Metal komplekslərinin alınması” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə kafedra müdiri dosent A.Məmmədova, dos.əv.P.Hüseynova,  k.ü.f.d A.Həsənova, b/m. S.Zeynalova iştirak etdilər. Açıq dərs müəllimin auditoriyanı mövzuya dair sual-cavab etməsi ilə başladı. Sonra tələbələr növbəli şəkildə metal komplekslərinin alınmasını lövhədə müxtəlif reaksiyaları […]

Davamı

açıq dərs

Kimya kafedrasının dosenti  Mehdiyeva Samirə Tofiq qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Aromatik aminlər” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof. İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dosent A.Məmmədova iştirak emişlər.  Dərs mövzuya dair plan və təlim nəticələrinin təqdim olunması ilə başladı.  Dərsdə  Aromatik aminlərin alınması, kimyəvi xassələri, tətbiq […]

Davamı

“zəngilan dövlət bəsitçay təbiət qoruğu”nda elmi-tədqiqat işləri davam etdirilir

28 dekabr 2023-cü il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının əyani doktorantı Vüsal Musayev və elmi rəhbər prof. Sevda Əhmədova Elmi-tədqiqat işini davam etdirmək üçün “Zəngilan Dövlət Bəsitçay Təbiət Qoruğu”nda olmuşlar. Daha sonra meşə mühafizə zolağında ərazini yaşıllaşdırmaq məqsədilə Şərq çinarı tingləri əkmişlər.

Davamı

təbrik edirik!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.10.2023-cü il tarixli F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi üzrə seçim meyarları”na uyğun gələn fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Ələkbərova Lalə Vüsal qızına “Heydər Əliyev adına təqaüd”ün verilməsi qərara alınmışdır. O, həmçinin Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar […]

Davamı

açıq dərs

Botanika kafedrasının müəllimi Quliyeva Gülnarə Müzəffər qızının “Biologiya” ixtisasının II kursunda “Ali bitkilər” fənnindən “Mürəkkəbçiçəklilər fəsiləsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov, Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, prof.A.Bayramova, dos.R.Quliyeva, müəl.F.İsayeva iştirak etdilər. Açıq dərs üçün lazım olan bütün sənədlər-təsdiq edilmiş sillabus, qrifli fənn proqramı, elektron variantında laboratoriya mətni, […]

Davamı