GDU-da “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib

GDU-da “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib.  Konfrans COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunub. Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Konfrans GDU-nun V tədris korpusunda təşkil edilib. Konfrans iştirakçıları ekologiyanın müxtəlif […]

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi aqrar üzrə fəlsəfə doktoru Güləbatın Hümbətovanın Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Genetika və seleksiya” fənnindən “İnsanın irsi xəstəliklərinin nomenklaturası. Multifaktorial xəstəliklər” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra əməkdaşlarından dos.əv.L.Abdullayeva, dos.əv.E.Hüseynova, b/m. Ş.Hacıyeva, müəllim A.Məmmədova, müəllim Ü.Alışanlı iştirak etdilər. Dərsin təchizatı tam idi. Slaydlı təqdimat göstərildi. […]

Davamı

“Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi növbəti dəfə Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilib

Gənclər və İdman Nazirliyi tərəfindən Goranboy Olimpiya İdman Kompleksində baş tutan düşərgə hərbi simulyativ formatda keçirilib. Düşərgə müddətində gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, ocaq ətrafında görüş, həmçinin “Məclisi-üns” bədii gecəsi təşkil edilib.

Davamı

açıq dərs

Kimya kafedranın əməkdaşı dosent Samirə Mehdiyevanın Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Bir, iki və üçatomlu fenollar, spirtlər xinonlar” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dos. A.Məmmədova, dekan müavini prof.M.Həsənov, lab.Ş.Qurbanova, b/l. A.Bayramova iştirak etdilər. Dos.S.Mehdiyeva dərsə sənayedə fenol istehsalı prosesinə aid qısamüddətli video nümayiş […]

Davamı

Botanika institutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş forum keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir. Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi şəxs, Dendrologiya Bağı Publik Hüquqi şəxs, Azərbaycan Botaniklər […]

Davamı

Orta məktəblərdə ustad dərsləri uğurla davam edir

Tədbirlər planına əsasən professor-müəllim heyətinin nümunəvi ustad dərsləri Gəncə şəhər orta ümumtəhsil məktəblərində uğurla davam etdirilir. Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə AMEA-nın müxbir üzvü, Botanika kafedrasının müdiri professor Vaqif Novruzovun “COP 29 -Yaşıl Dünya Naminə Həmrəliyin Qlobal Təzahürüdür” mövzusunda, Ekologiya kafedrasının müdiri professor Sevda Əhmədovanın “İşğaldan azad edimiş ərazilərdə hazırkı ekoloji […]

Davamı

Tələbələrlə Təhsil Tələbə Krediti Fondu barədə maarifləndirici görüş keçirildi

GDU-nun II tədris korpusunda Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri  ilə iş şöbəsinin nümayəndələri  Günay Xəlilova,  Leyla Rəhimova  və İlkanə Həmidli tələbələrlə görüşüb. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. İlk olaraq Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Təhsil Tələbə Krediti Fondunun  nümayəndələrini  salamlayıb. Sonra […]

Davamı

professor Sevda Əhmədova 28 saylı orta məktəbdə “İşğaldan azad edilmiş ərazilərdə hal-hazırkı ekoloji durum və bərpa işləri “ mövzusunda ustad dərsi keçmişdir

18.10.2024-cü il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova 28 saylı orta məktəbdə “İşğaldan azad edilmiş ərazilərdə hal-hazırkı ekoloji durum və bərpa işləri “ mövzusunda ustad dərsi keçmişdir. Dərsdə kafedranın professor-müəllim heyyəti, karyera və təcrübə şöbəsinin müdiri, məktəbin direktoru və müəllimləri iştirak etdilər. Dinləyicilər 8-ci sinif şagirdləri idi. Dərs keçilən zaman tələbə-müəllim […]

Davamı

“Azadlığımızın şərəfli tarixi – 18 oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib

Fakültəmizdə “Azadlığımızın şərəfli tarixi-18 oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. Tədbirdə Kimya müəllimliyi ixtisasının […]

Davamı

açıq dərs

Fizika kafedrasının baş müəllimi Aysel Həmzəyevanın Kimya və biologiya müəllimliyi ixtisasının (tədris ingilis dilində) III kurs tələbələrinə Fizika fənnindən “Molecular physics. An ideal gas. Laws of ideal gas. Isoprocesses.” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof.İ.Alverdiyev, dekan müavini fəxri prof. M.Həsənov, kafedra müdiri dos. Y.Namazov iştirak etmişlər.

Davamı