açıq dərs

Botanika kafedrasının müəllimi Quliyeva Gülnarə Müzəffər qızının Biologiya ixtisasının III kursunda “Bitki ekologiyası” fənnindən “Bitki ekologiyasına giriş, tarixi inkişafı və digər elmlərlə əlaqəsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.Z.İsmayılova və digər əməkdaşlar iştirak etdilər. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi. 

Davamı

açıq dərs

Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzovun Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Bitkilərin sistematikası” fənnindən “Bitki sistematikasına giriş, elmin məqsədi, vəzifələri və əsas istiqamətləri” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov iştirak etdilər. Dərs təqdim olunan plan üzrə keçildi. Dərsdə elmə dair müasir anlayışlar, taksonomik kateqoriyalar, bioloji […]

Davamı

təhsilin təşkilinin təkmilləşdirilməsi-eduman (tədrisin idarə olunması sistemi) fəaliyyətə başladı

Azərbaycan Respublikasında təhsil sistemində aparılan islahatlarla bağlı ən aktual məsələlərdən biri də İKT və müasir informasiya vasitələrinin tətbiqi ilə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. 16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq […]

Davamı

təbrik edirik!

Təhsildə və ictimai işlərdə fərqləndiklərinə görə 2 fevral “Gənclər günü” münasibətilə fakültənin Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının II kurs tələbəsi Aslan İsfəndiyar Ehtibar oğlu və Kimya ixtisasının III kurs tələbəsi Suliyev Xəlil Vüqar oğlu universitetin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Davamı

AMEA-nın müxbir üzvü, prof. Vaqif Novruzovun biblioqrafik məcmuəsi çapdan çııxmışdır

Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzovun biblioqrafik məcmuəsi Bakı Elm nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunmuşdur. Kitab AMEA Rəyasət Heyətinin 19 iyun 2023-cü il tarixli 20/6 qərarı ilə çapa təqdim olunmuşdur. Kitab V.Novruzovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab və məqalələrini və s. əks etdirir. Kitaba […]

Davamı

20 yanvar-qanlı tariximiz!

  Xalqımızın yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar”, “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridildi. Dinc əhaliyə amansızcasına divan tutuldu. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi. Həmçinin […]

Davamı

açıq dərs

Kimya kafedrasının müəllimi Günel Samir qızı Zeynalovanın Kimya ixtisasının IV kurs tələbələrinə Kompleks birləşmələr  fənnindən “Metal komplekslərinin alınması” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə kafedra müdiri dosent A.Məmmədova, dos.əv.P.Hüseynova,  k.ü.f.d A.Həsənova, b/m. S.Zeynalova iştirak etdilər. Açıq dərs müəllimin auditoriyanı mövzuya dair sual-cavab etməsi ilə başladı. Sonra tələbələr növbəli şəkildə metal komplekslərinin alınmasını lövhədə müxtəlif reaksiyaları […]

Davamı

açıq dərs

Kimya kafedrasının dosenti  Mehdiyeva Samirə Tofiq qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Aromatik aminlər” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof. İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dosent A.Məmmədova iştirak emişlər.  Dərs mövzuya dair plan və təlim nəticələrinin təqdim olunması ilə başladı.  Dərsdə  Aromatik aminlərin alınması, kimyəvi xassələri, tətbiq […]

Davamı

“zəngilan dövlət bəsitçay təbiət qoruğu”nda elmi-tədqiqat işləri davam etdirilir

28 dekabr 2023-cü il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının əyani doktorantı Vüsal Musayev və elmi rəhbər prof. Sevda Əhmədova Elmi-tədqiqat işini davam etdirmək üçün “Zəngilan Dövlət Bəsitçay Təbiət Qoruğu”nda olmuşlar. Daha sonra meşə mühafizə zolağında ərazini yaşıllaşdırmaq məqsədilə Şərq çinarı tingləri əkmişlər.

Davamı