ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ KEÇİRİLƏN QƏBUL İMTAHANLARINDA 600 VƏ DAHA ÇOX BAL TOPLAYAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

 Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin  payız semestri ərzində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək.  Növbəti semestrlərdə tələbənin ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai […]

Davamı

elmi şura

    9 iyul 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1.Yaz imtahan sessiyasının yekunları barədə dekanlığın məlumatı. 2. 2024-2025-ci tədris ilinə dair aparılan hazırlıq işləri. Tədris tapşırıqlarının kafedralara çatdırılma vəziyyəti. 3.“Buraxılış işi” və “Dövlət imtahanı” üçün attestasiya komissiyaları sədrlərinin hesabatlarının müzakirə və təsdiqi. 4.Fakültə elmi şurasının 2024-2025-ci […]

Davamı

GDU-da “məzun günü” keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edildi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu  Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi qaziləri, şəhid […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının doktorantı Musayev Vüsal Ramiz oğlunun “Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının əyani doktorantı Musayev Vüsal Ramiz oğlunun (Elmi rəhbəri b.e.d., professor Sevda Əhmədovadır) işğaldan azad olmuş ərazilərdən biri olan Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğuna aid “Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi. Musayev mövzunu yüksək səviyyədə təqdim etdi və ona ünvanlanan sualları elmi […]

Davamı

GDU-DA İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Universitetimizdə 2023/2024-cü tədris ilinin yaz semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, AMEA-nın Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və digər ziyalılar, KİV nümayəndələri,  tələbə valideynləri iştirak ediblər. İlk olaraq universitetin […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “THE IMPACT RANKİNG” REYTİNQ SİYAHISINDA YER ALIB

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact Ranking”  reytinqinin 2024-cü il üçün nəticələri elan edilib. Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib. İlk dəfə […]

Davamı

FAKÜLTƏMİZİN ƏMƏKDAŞLARI NAXÇIVANDA BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK ETDİLƏR

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) -Yaşıl dünya və insan sağlamlığı” mövzusunda elmi-praktiki konfrans keçirilib. COP29 və Yaşıl Dünya Naminə Həmrəylik İlinə həsr […]

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

7 iyun 2024-cü il tarixdə Botanika kafedrasının professor-müəllim, laborant-texniki heyəti, doktorant, dissertantlar və magistrlərin iştirakı ilə Tovuz-Qazax istiqamətində elmi-ekspedisiyada olmuşlar. Ekspedisiya Qazax rayonu ərazisində yerləşən  “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun  Daş Salahlı  kəndində yerləşən Damcılı  və Abasbəyli kəndində yerləşən Göyəzən filiallarını  əhatə etmişdir. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş […]

Davamı

dosent Günay Sadıqova  Biologiyanın tədrisi metodikası fənninin tədrisi zamanı. dərsin qonaqları Vətən müharibəsi iştirakcısı və şəhid övladları oldu

Hər zaman maraqlı dərsləri ilə müəllimlik peşəsinə tələbələrdə daha çox sevgi yaratmağı bacaran G.Sadıqova “Vətən qoxulu BTM” adlı dərsinə xüsusi olaraq şəhid övladlarını, müharıbə iştirakcisi olan bizim fakültəni bitirən leytenant Bayramov Süleymanı (O, müharibədə olan xatirələrini, qələbə sevincini tələbələrlə paylaşdı) və Türkiyə Cumhuriyyətinin EGE Universitetinin professorları Sayın Harun Yalcın, Sayın Serdar Şenolu dəvət etdi. Dərs […]

Davamı

elmi şura

31 may 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu.  Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Rektorluğun 2023-2024-cü tədris ilinin yaz imtahan sesiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi haqqında verilmiş 08.04.2024-cü il tarixli (əmr №5/113) əmrindən irəli gələn vəzifələrin icrası. 2.Qüvvədə olan tədris planları əsasında ixtisaslar və kurslar üzrə 2024-2025-ci dərs ilinə aid […]

Davamı