avrasiya Əməkdaşlıq fondunun “Gənclər-vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsi yekunlaşıb.

Avrasiya Əməkdaşlıq fondunun maliyyə dəstəyi ilə “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin ekspertləri tərəfindən icra edilən “Gənclər-vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsi yekunlaşıb. 21-22 oktyabr, 2017-ci il tarixlərində Gəncə şəhər Gənclər evində təlimlərdə iştirak etmiş komandaların təlimlər müddətində inkişaf etdirdikləri Startup (innovativ biznes) ideyalarının müəyyən həcmdə faktiki inkişaf etdirilməsi və ideyaya müvafiq fəaliyyətin onlar tərəfindən icra […]

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. b/m. Hümbətova Güləbatın Vaqif qızının açıq dərsi

Biologiya müəllimliyi ixtisasının IV kursunda Genetika və seleksiya fənnindən Cinsiyyətin genetikası mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə universitetin elmi katibi dos.T.İsmayılov, dos.V.Məmmədova və dos.N.Ələkbərov iştirak etmişlər. Müəllimə dərsi plan əsasında ardıcıllığı pozmadan tədris etdi.

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının açıq dərsi

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri yəni təsdiq olunmuş sillabusu, qrifli fənn proqramı, mühazirə mətninin elektron və çap olunmuş variantı, slaydı var idi. Mühazirə ağıllı lövhədən istifadə edilərək tədris olundu. Müəllimə fikir ardıcıllığını gözləməklə mühazirəni plan əsasında tələbələrə izah etdi.

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI NÖVBƏTİ ÇÖL TƏDQİQATLARINDA

“Kiçik Qafqazın şimal hissəsinin  çay hövzələrinin  flora biomüxtəlifliyi  və  dinamikası” mövzusunun icrası ilə əlaqədar Azərbaycanın qərb zonasının bitki örtüyündə baş verən antropogen dəyişilmələrin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay  hövzələri  bioloji poliqon kimi seçilmiş, vaxtaşırı olaraq həmin ərazilərə elmi ekspedisiyalar keçirilir. Bu günlərdə  AMEA-nın müxbir üzvü, prof. Vaqif Novruzov, dosent Məhəmmədiyə Qazıyev Gəncəçayçay […]

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızı 10-11 oktyabr 2017-ci il tarixində Azərbaycan fizioloqlarının AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun 50 illik yubileyinə həsr olunmuş “İnsan fiziologiyası və sağlamlığı” mövzusunda keçirilmiş V qurultayında iştirak etmişdir.

Qurultayda respublikanın fizioloqları ilə yanaşı Rusiya, Gürcüstan, Belarusiya və İranın fiziologiya sahəsində çalışan tanınmış alim və gənc tədqiqatçıları da iştirak etmişlər. Akademik Akif Əlizadə yubiley münasibətilə institutun kollektivini təbrik edib və qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb. Fiziologiya institutunun direktoru Azərbaycan Fizioloqlar Cəmiyyətinin Prezidenti biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova “Fiziologiya elmi Azərbaycanda yaranma tarixi, müasir […]

Davamı

Biologiya müəllimliyi ixtisasının IV kursunda b.ü.f.d. Quliyeva Rəmidə Zahid qızının “Mikologiya” fənnindən “Göbələklərin həyat tərzi, morfologiyası və çoxalması” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri – təsdiq edilmiş sillabusu, qrifli fənn proqramı, mühazirə mətninin kağız və elektron variantları, kompyuter, slayd, herbari nüsxələri var idi. Mühazirə kompyuterin elektron lövhəsinin köməyi ilə əyani vəsaitdən istifadə edilməklə (göbələklərin herbariləri ilə) aparıldığı üçün tələbələrin marağını cəlb elədi. Müəllimə aydın, səlist, fikir ardıcıllığını gözləməklə mühazirəni dedi. Yeri […]

Davamı

Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Qeyri üzvi birləşmələrin əsas sinifləri mövzusunun tədrisi metodikası” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəsi tələbələr tərəfindən maraqla dinlənildi. Yeri gəldikcə tələbələr suallar verirdi müəllim isə onları cavbalandırırdı. Sözün əslində tələbələr mühazirədə müəllimlik peşəsinin sirrlərinə sahib olurdular. Bu da tədrisin müsbət keyfiyyətindən xəbər verirdi.

Davamı

Botanika kafedrasının gənc alimlərindən Dos.A.Bayramova və b.ü.f.d. b/m.R.Quliyeva Tacikistanın Düşənbə şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

Bu günlərdə Biologiya-kimya fakültəsinin seminar məşğələsi keçirilmişdir. Məşğələdə Düşənbə şəhərində keçirilmiş Beynəlxalq seminar iştirakçıları dos.A.Bayramova və b.ü.f.d.R.Quliyeva “Bioloji müxtəlifliyin qorunmasında Beynəlxalq təcrübənin rolu” mövzusunda məruzələri dinlənilmişdir. Seminar məşğələsində  fakültə əməkdaşları və tələbələr iştirak etmişdir. Məruzə ətrafinda maraqlı müzakirə keçirilmişdir.

Davamı

Ekologiya mühəndisliyinin I kursunda baş müəllim Xəlil Seyfəddin oğlu Musayevin Fizika fənnindən “Müxtəlif mühitlərdə elektrik cərəyanı” adlı açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəyə aid bütün sənədləri var idi: qrifli proqramı, mühazirə mətni, kafedra müdiri tərəfindən təsdiq olunmuş sillabusu, mətnə aid slaydı və s. Əvvəlcə mühazirənin planını, istifadə olunmuş ədəbiyyatların siyahısı tələbələrə çatdırdı. Plan və slayddan istifadə etməklə mühazirəni dedi. Mühazirənin gedişində tələbələri düşündürən sualları cavablandırdı. Mövzu vaxtında yekunlaşdırıldı. Əlavə ədəbiyyatlardan istifadə üçün müəllim tapşırıq verdi.  

Davamı