“Həyatın təşkilinin biosfer səviyyəsi” mövzusunda açıq dərs keçirildi
Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalovanın 14 noyabr tarixində Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbələrinə Həyat fəaliyyətinin kimyəvi əsasları fənnindən ”Həyatın təşkilinin biosfer səviyyəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Sevinc Zeynalova maddələrin biogeokimyəvi dövranı, Günəş enerjisinin biosferdə rolu və insan fəaliyyətinin biosferə təsirləri haqında geniş məlumat verdi. Tələbələri maraqlandıran suallar cavablandırıldı.










