Kateqoriya Arxivləri: Xəbərlər

açıq dərs

Kimya kafedrasının baş müəllimi Əliyeva Vüqarə Surxay qızının Biologiya ixtisasının I kursunda “Ümumi kimya” fənnindən “Duzların hidrolizi” mövzusunda laboratoriyadan açıq dərsi olmuşdur. Açıq dərsdə kafedranın əməkdaşlarından dos.A.Məmmədova, dos.S.İbrahimli, dos.M.Vəliyev, b/m.F.Alverdiyeva, b/m.A.Zeynalova, b/m.L.Namazova, b/m.Ü.Sadıqova iştirak etmişlər. Açıq dərsdə diqqəti cəlb edən əsas məsələ bütün qrupun dərsə hazır olması və mövzuya aid sual-cavabda aktiv iştirak etməsi oldu. […]

Davamı

AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun Kimya və biologiya müəllimliyi ixtisasının II kurs tələbələrinə “Müasir Botanikanın Aktual Problemləri” mövzusunda mühazirəsi olmuşdur

3 dekabr 2018-ci il tarixdə Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov, Biologiya-kimya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə “Müasir Botanikanın Aktual Problemləri” mövzusunda mühazirəsi olmuşdur. Mühazirədə Biologiya-kimya fakültəsinin dekanı dos.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, Coğrafiya kafedrasının fəxri professoru Rəşad Nuriyev […]

Davamı

Gəncə Dövlət Universitetinin növbəti elmlər doktoru!

 30 NOYABR 2018-ci il tarixdə  AMEA Botanika İnstitutunun Dissertasiya Şurasında Gəncə Dövlət Universiteti Botanika kafedrasının dosenti BAYRAMOVA AYNUR AKİF qızının biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazda bəzi xüsusi mühafizə olunan ərazilərin flora biomüxtəlifliyi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, Biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi V.S.NOVRUZOV […]

Davamı

respublika gənclər debat forumu-payız 2018

Biologiya-kimya fakültəsinin tələbələrindən Mirzəyeva Nərgiz, Allahverdiyeva Zülfiyyə, Məhərrəmova Aqilə, Rzayeva Təranə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu-Payız 2018” layihəsində keçirilən “Gəncə Gənclər Debat Forumu-Payız 2018”-in fəal iştirakçıları olmuşlar.

Davamı

28.11.2018

28 noyabr 2018-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1.İxtisas kafedralarında 2018-ci ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi 2.Mühazirə və laborator məşğələlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər. (Açıq dərslərin təşkili və nəticələri) 3.Tələbə elmi-tədqiqat işlərinin icra vəziyyəti (I kurs tələbələrinin tədqiqata cəlb edilməsi) 4.İxtisaslar və kurslar […]

Davamı

açıq dərs

Kimya kafedrasının dosenti Məmmədova Aynur Teyyub qızının 28.11.2018-ci il tarixində Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Üzvi kimyadan seçilmiş bəhslər” fənnindən “Üzvi maddələrdə atomlararası qarşılıqlı təsir hesabına yaranan elektron effektləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə üzvi birləşmələrdə mövcud olan elektron effektləri, onların təsnifatı, yaranma səbəbləri və maddənin fiziki-kimyəvi xassələrinə təsiri barədə geniş məlumat […]

Davamı

açıq dərs

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Qasımova Fərqanə Nəriman qızının Ekologiya mühəndisliyi ixtisasının II kursunda “Aqroekologiya” fənnindən “Əkinçiliyin alternativ sistemləri və onların aqroekoloji əhəmiyyəti” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev iştirak etdi.  

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda “İnsan və heyvan fiziologiyası” fənnindən “Həzm sisteminin fiziologiyası” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev və kafedranın müəllimləri iştirak etdilər. Dos.T.Rüstəmova tələbələrə  “Həzmin təkamülü, tipləri və şöbələrdə gedən həzm prosesini” geniş izah etdi.

Davamı