TƏLƏBƏLƏRİN SINAQ DƏRSLƏRİ

Biologiya-kimya fakültəsinin kimya və biologiya müəllimliyi ixtisaslarının IY kurs tələbələri pedaqoji təcrübəyə olduqca məsuliyyətlə yanaşır, gələcəkdə nümunəvi müəllim olmaq üçün nəzəri biliklərini təcrübi cəhətdən yüksək səviyyədə həyata keçirməyə səy göstərirlər. Bu günlərdə biologiya ixtisası üzrə IY kurs tələbəsi Ləman Məmmədova N.Nərimanov adına 25 saylı tam orta məktəbin 10-cu sinfində “Fotosintez”, kimya müəllimliyi ixtisası üzrə IY […]

Davamı

DAHİ ŞƏXSİYYƏTİN ANIM GÜNÜ

11 dekabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında  tarixi şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü keçirilmişdir.Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov, Biologiya – kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, müəllimlər və tələbələr iştirak etmişlər. Tədbiri giriş sözü ilə prorektor dosent Asif Cavadov […]

Davamı

İCLAS KEÇİRİLDİ

27 noyabr 2015-ci il tarixdə Baş binanın akt zalında rektor professor Yusif Yusibovun rəhbərliyi ilə iclas keçirilmişdir. İclasa prorektorlar, dekanlar, kafedra, bölmə və şöbə müdirləri dəvət olunmuşdular. Professor Yusif Yusibov ilk öncə iclas iştirakçılarını verilmiş əmrə əsasən tədris köməkçi heyətin attestasiyası ilə bağlı 25 noyabr tarixindən başlayan birinci mərhələnin test imtahanlarının gedişatı haqqında məlumatlandırdı. Bu […]

Davamı

MİLLİ DIRÇƏLİŞ GÜNÜ QEYD OLUNDU

Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun Respublikamıza, xalqımıza biganə münasibətindən bəhrələnən ermənilər planlı şəkildə, Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Faşizmə xas olan əməllərə əl atıb günahsız insanları nəinki cismən öldürdülər, hətta onları diri-diri yandırdılar, hər cür işgəncəyə əl atdılar. Bununla bərabər 1988-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Dağlıq […]

Davamı

TƏLƏBƏLƏR YAP-ın ÜZVÜLÜYÜNƏ QƏBUL OLUNDULAR

13 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında Biologiya-kimya fakültəsindən eyni vaxtda Yeni Azərbaycan Partiyasına könüllü olaraq üzv qəbul olunmuş 103 nəfər tələbənin iştirakı ilə tədbir keçirildi Tədbirdə Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, YAP Muzeyinin sədri Fazilə Cəfərova, Gəncə şəhər YAP Təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, YAP-ın […]

Davamı

SEMİNAR AÇIQ DƏRSƏ ÇEVRİLDİ

06 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Biologiya – Kimya fakültəsinin Kimya-biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Səfiyyə İsgəndərovanın Kimyanın tədrisi metodikası fənnindən “Hidrogen” mövzusunda açıq dərsi olmuşdur. Baş müəllim Əliyeva Vüqarənin seminarda təşkil etdiyi bu açıq dərs zamanı elektron vasitələrdən məharətlə istifadə edən tələbə Səfiyyə İsgəndərova hazırladığı əyani vasitələri ağıllı […]

Davamı

TƏLƏBƏLƏRLƏ NÖVBƏTİ GÖRÜŞ

03 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun tələbələrlə növbəti görüşü Baş binanın akt zalında oldu. Bu dəfə görüşdə Filologiya, İqtisadiyyat və idarəetmə, Biologiya-kimya, Tarix-coğrafiya fakültələrinin II və IY kurs tələbələri iştirak edirdilər. Müəllimlərin, dekanların iştirak etmədiyi bu görüşdə tələbələr səmimi qayğıya və diqqətə görə rəhbərliyə təşəkkürlərini bildirməklə bərabər, bəzi narazı […]

Davamı

REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov 26 oktyabr 2015-ci il tarixdə Filologiya, İqtisadiyyat və idarəetmə, Biologiya- kimya, Tarix-coğrafiya fakültələrinin, 27 oktyabr 2015-ci il tarixdə Pedaqoji, Fizika və texniki fənnlər, Riyyaziyyat-informatika və Xarici dillər fakültəsinin tələbələri ilə görüş keçirdi. Yusif müəllim ilk öncə tələbələri Universitetin ayrı-ayrı tədris binalarında aparılmış təmir işlərindən, istilik sistemin yaradılmnasından, maddi-texniki […]

Davamı

TƏBRİZLİ QONAQLARLA GÖRÜŞ

22 oktyabar 2015-ci il tarixdə İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti Təbrizlə qardaşlaşan Gəncə şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətindən Təbriz Tibb Universitetinin rektoru professor Məhəmməd Hüseyn Somi və İran Xarici İşlər Nazirliyinin məsul şəxsi İsmayıl Babayi ilə Gəncə Dövlət Universitetinin əməkdaşları arasında görüş keçirilmişdir. Qonaqları çoxsayı kollektiv adından salamlayan rektor […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ LABORATORİYANIN AÇILIŞI OLDU

17 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsində yeni bir sevincli gün yaşandı. Fakültənin Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verildi. Bu münasibətlə çıxış edən rektor professor Yusif Yusibov qeyd etdi ki, son illər Universitetimizin maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsində əsaslı işlər aparılmışdır. […]

Davamı