Ekoklubun sədri Mirfəqan Hacıyev ölkənin ilk və ən böyük Elm və Təhsil səhifəsində “İlin tələbəsi” adına layiq görüldü

Ölkənin ilk və ən böyük Elm və Təhsil səhifəsi “Azetelebe”, Azərbaycan Tələbələri səhifəsinin «İlin tələbəsi» adlı layihəsində bir sıra aktiv, bacarıqlı elm və təhsil həyatında böyük uğurlara imza atan tələbələr paylaşılır. Bu tələbələrdən biri də fakültəmizin tələbəsi Mirfəqandır. Gəlin onu yaxından tanıyaq. Mirfəqan Hacıyev Ekologiya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsidir. Akademik və ictimai fəaliyyətlərdə aktiv iştirak […]

Davamı

Texniki bitkilərin istehsalının gücləndirilməsi-torpaq, su və qida maddələrinin idarə olunması mövzusunda təlim keçirildi

27 fevral 2025-ci il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının təşkilatçılığı ilə geniş iştirakçılıqlı bir təlim keçirildi. Tədbirin əsas mövzusu Azərbaycanda texniki bitkilərin istehsalının gücləndirilməsi və torpaq, su və qida maddələrinin idarə olunması idi. Təlimin spikeri Natiqə İsmayılzadə bu sahədəki aktual məsələləri və müasir yanaşmaları geniş şəkildə təqdim etdi. İsmayılzadə, Azərbaycanda texniki bitkilərin inkişafı, su […]

Davamı

Ekoklub Könüllü tələbə birliyinin  təşkilatçılığı ilə “Təkrar Emal nədir” mövzusunda seminar təşkil edildi

Ekologiya və təbiəti mühafizə kafedrasının təsis etdiyi Ekoklub Könüllü tələbə birliyinin  təşkilatçılığı ilə “Təkrar Emal nədir” mövzusunda seminar təşkil olunub. Seminarda iki spiker və bir moderator çıxış edib: Ekologiya mühəndisliyi üzrə 1-ci kurs tələbəsi Rəşid İsmayılov, Kimya-Biologiya müəllimliyi üzrə 2-ci kurs tələbəsi Lalə Məmmədzadə və moderator olaraq Ekologiya üzrə 2-ci kurs tələbəsi Nərmin Tağıyeva. Seminarın əsas məqsədi təkrar emalın ekoloji cəhətdən […]

Davamı

professor Sevda Əhmədova tərəfindən “Canlılar və mühit əlaqəsi” mövzusunda Zoom Meeting vasitəsilə təlim keçirildi

25 fevral 2025-ci il tarixində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova tərəfindən “Canlılar və mühit əlaqəsi” mövzusunda Zoom Meeting vasitəsilə təlim keçirilmişdir. Təlim zamanı Ekologiya niyə vacibdir, Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının fərqi nədir, bu ixtisasları bitirən tələbələr harada işləyə bilər və s. kimi məsələlərdən bəhs olundu. Daha sonra professor Sevda […]

Davamı

Xocalı soyqırımı – İnsanlıq tarixinin qanlı səhifəsi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xalqımız bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam […]

Davamı

 Biologiya müəllimliyi  ixtisasının I kursunda “Prokariotlar. Göy-yaşıl yosunlar şöbəsi” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının professoru Aynur Akif qızı Bayramovanın Biologiya müəllimliyi ixtisasının I kursunda “Prokariotlar. Göy-yaşıl yosunlar şöbəsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə fakültə dekanlığının nümayəndələri fəxri prof. Mirzə Həsənov, dos. Yeganə Aslanova, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov və professor-müəllim heyyəti iştirak etmişdir. Açıq dərsdə müasir təlim metodlarından istifadə edilərək yüksək nəticə […]

Davamı

elmi şura

    25 fevral 2025-ci il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2. 2024-2025-ci tədris ilinin ikinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi. 3.Müxtəlif fənlərdən kredit borcu olan […]

Davamı

Ekokluba sədr müavini seçildi

Gəncə Dövlət Universitetinin Ekoklubunda keçirilən seçkilərin nəticələri bəlli oldu. Klubun idarə heyətində mühüm vəzifələrdən biri olan sədr müavini postuna namizədlər arasında ciddi rəqabət yaşandı. Seçkinin qalibi Rəşid İsmayılov oldu. Ekologiya Mühəndisliyi 1-ci kurs tələbəsi olan Rəşid 41 səs toplayaraq sədr müavini seçildi. O, Ekoklubun inkişafına töhfə verməyə və ekoloji maarifləndirmə işlərini daha da gücləndirməyə çalışacağını […]

Davamı

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların […]

Davamı

Ekoklubun təşkil etdiyi fakültədə tələbələrin iştirakı ilə peşəkar təlimçi Sübhan Bəylərzadə tərəfindən keçirilən “İş və həyat balansı” adlı seminar

19.02.2025-ci il tarixində saat 1200-da “Ekoklub”-un Ekologiya və təbiəti mühafizə kafedrasında açılışı keçirildi. Açılışa beynəlxalq sertifikatlı karyera məsləhətçisi, Təkamül Akademiya MMC-nin təsisçisi və direktoru, şəxsi inkişaf üzrə mentor Sübhan Bəylərzadə dəvət olunmuşdur. Təxminən bir saatdan artıq davam edən görüşdə Sübhan Bəylərzadə tərəfindən tələbələrə uğurlu karyera qurmağın yolları barədə ətraflı məlumat verildi. Məruzəçi sonda aktiv tələbələri […]

Davamı