açıq dərs
Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Tərlan Əsilbəyovanın Ekologiya mühəndisliyi ixtisasının IV kursunda “Rayon və müəssisələrin ekoloji pasportlaşdırılması” fənnindən “Atmosfer komponentlərinin kimyəvi çirklənməsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə atmosferin antropogen təsirlərdən çirklənməsindən, CO2 qazının atmosferin çirklənməsində rolundan, statistik göstəricilərdən, Azərbaycanda qəbul olunmuş atmosferin qorunması haqqında qanunvericilik və digər çirklənmələr haqqında tələbələrə geniş məlumat verildi.