açıq dərs

Biologiya müəllimliyi və Kimya müəllimliyi ixtisaslarının I kursunda b/m. Səbirə Əhədovanın Təhsildə İKT fənnindən “Windows əməliyyat sistemləri” mövzusunda açıq dərsi keçirildi. Mühazirədə əməliyyat sistemlərindən, AERO interfeys sistemindən, əməliyyat sistemləri ailəsinin funksiyaları və təsnifatından geniş məlumat verildi.

Davamı

təbrik edirik!

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANİNDA ALİ ATTESTASİYA KOMİSSİYASININ 03.03.2023-CÜ İL TARİXLİ QƏRARI İLƏ ANATOMİYA, FİZİOLOGİYA VƏ ZOOLOGİYA KAFEDRASININ ƏMƏKDAŞI SADIQOVA GÜNAY İSFƏNDİYAR QIZINA DOSENT ELMİ ADI VERİLMİŞDİR.

Davamı

fakültənin professor-müəllim heyəti və tələbə kollektivinə ağır itki üz vermişdir!

14.03.2023-cü il tarixdə fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi “Gələcəyin müəllimi” təqaüdçüsü, təşəbbüskarlığı, ictimai işlərdə, fakültənin və universitetin tədbirlərində fəallığı ilə seçilən, tələbə yoldaşları və professor-müəllim heyətinin dərin hörmətini qazanmış Məhərrəmli Ləman Məhi qızı həyatının uğurlu bir dövründə vəfat etmişdir. Onun əziz xatirəsi daima yaddaşlarda qalacaqdır. Mərhumu dərin məhəbbətlə sevən valideynlərinə, yaxın […]

Davamı

fakültəmizin fəalları xankəndi-laçın yolunda keçirilən ekoaksiyada iştirak etdilər

Fakültəmizin tələbələri  olan Nəbizadə Aysu, Hacıyeva Zeynəb, Quluzadə Əsmər, Süleymanlı Mehriban, Tağıyeva Lətifə, Qasımova Səbinə, Əliyeva Elmira, Həsənov Dəmir, Soltanov Əliqoca, Ömərov Səbuhi Xankəndi -Laçın  yolunda davam edən dinc ekoaksiyada iştirak ediblər. Onlar öz düşüncələrini bizimlə bölüşüblər: Orda olmanın verdiyi qüruru, sevinci sözlərlə ifadə etmək olmur. Nə xoş bizlərə ki, biz vətənimiz üçün xidmət edir, […]

Davamı

açıq dərs

Kimya kafedrasının dosenti Rzayeva Mətanət Firuddin qızının Kimya ixtisasının III kursunda S/f. Keçid elementlər kimyası fənindən “V qrup keçid elementlərinin ümumi xarakteristikası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan prof. İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, b/m. V.Əliyeva, müəl.E.Qəhrəmanov iştirak etdilər. Açıq dərs keçmiş mövzuya aid sual-cavabdan sonra yeni mövzuya aid motivasiya yaradıcı suallar və slaydlarla başladı. […]

Davamı

elmi şura

    28 fevral 2023-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu.      1. 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2. 2022-2023-cü tədris ilinin ikinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi.  3. Müxtəlif fənlərdən kredit borcu […]

Davamı

təbrik edirik!

“8 mart Beynəlxalq Qadınlar günü” münasibətilə rektor prof. Y.Yusibov fakültə əməkdaşlarımızı “Fəxri fərman” və “Təşəkkür”lə mükafatlandırmışdır. Fəxri fərman      1. Axundova Səbinə Telman qızı-biologiya üzrə fəlsəfə doktoru, Botanika kafedrası      2. Qurbanova Şəfayət Cəlal qızı-Kimya kafedrasının laborantı Təşəkkür      1. Bayramova Ülkər Vidadi qızı-Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi      2. Mahmudova Sevinc İlqar qızı-Ekologiya […]

Davamı

açıq dərs

Kimya kafedrasının baş müəllimi k.ü.f.d. Vüsalə Akif qızı Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kurs tələbələrinə Ümumi kimya-2 fənnindən “VI A Qrup elementləri. Oksigen, ozon və hidrogen peroksid” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dosent A.Məmmədova, b/m.A.Zeynalova, b/m.Y.Hacıyev, müəl.İ.Tağızadə iştirak etdilər. Vüsalə müəllimə mövzuya aid son illərin elmi yeniliklərinin daxil edildiyi çoxsaylı […]

Davamı