“Yeni bir fikrim var 2” müsabiqəsi keçirildi

Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamentinin təşəbbüsü ilə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib. Universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək gənclərin və akademik heyətin yenilikçi baxışları, istedadlarının aşkara çıxarılması üçün belə müsabiqələrin rolundan danışıb və müsabiqənin işinə uğurlar arzulayıb. Final mərhələnin birinci hissəsində müsabiqə haqqında ətraflı məlumat verilib. […]

Davamı

“Observing the movement of stoma on the leaf with the microscope” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının müəllimi Leyla Quliyevanın Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının III kurs tələbələrinə Plant physiology fənnindən “Observing the movement of stoma on the leaf with the microscope” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vaqif Novruzov və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə müəllim bitkinin ən vacib orqanlarından […]

Davamı

“Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Sevinc Mahmudovanın Ekologiya ixtisasının III kurs tələbələrinə Heyvan ekologiyası fənnindən “Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu interaktiv təlim metodundan istifadə etməklə işıqlandırmışdır. Heyvanlara antropogen təsirlərin nəticəsindən  çoxlu sayda müxtəlif nümunələr çəkməklə tədris aparmışdır. […]

Davamı

Təcrübə və Karyera şöbəsi və dekanlığın təşkilatçılığı ilə buraxılış kurs tələbələri ilə görüş keçirildi

2025-ci il 2 dekabr tarixində Kimya və biologiya fakültəsinin buraxılış kurs tələbələri ilə görüş təşkil olundu. Görüşdə Təcrübə və Karyera Şöbəsinin müdiri Cabbar Qarayev, fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri prof. Vaqif Novruzov, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri prof. Vəfa Məmmədova, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova və Kimya […]

Davamı

“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusunda Elm və Təhsil Nazirliyinin Nəbatət bağında Respublika Elmi Konfransı keçirildi

“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusunda Elm və Təhsil Nazirliyinin Nəbatət bağında Respublika Elmi Konfransı keçirildi. Konfransda fakültəmizin Biologiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri Rəhimli Lətifə, Feyzizadə Ayulduz və Məmmədova Maral konfransda Gəncə Şəhərinin yaşıllaşdırılmasında istifadə olunan Magnoliya gradifloranın L. bioekoloji xüsusiyyətləri adlı məqaləylə çıxış edərək sertifikatlara layiq görülmüşdür.

Davamı

elmi şura

 26 noyabr 2025-ci il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məslələr müzakirə edildi: Gündəlik məsələlər 1. İxtisas kafedralarında 2025-ci ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi. 2. Rektorluğun 23.02.2023-cü il tarixli 5/65 saylı əmri ilə fakültədə yaradılmış əmək intizamının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün açıq dərslərə nəzarət […]

Davamı

“Dağlıq ölkə landşaftlarının əsas əlamətləri” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Ələkbərova Zabitə Əvəz qızının Ekologiya ixtisasının I kursunda Landşaftşünaslıq və landşaftların ekologiyası fənnindən “Dağlıq ölkə landşaftlarının əsas əlamətləri” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim dərsi müasir təlim metodlarını tətbiq etməklə tədris etmişdir. Tələbələrin […]

Davamı

TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ TƏŞKİLATÇILIĞI İLƏ EKSKURSİYA TƏŞKİL OLUNDU

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən bir sıra tarixi memarlıq abidələrinə ekskursiya təşkil edildi. Ekskursiyada fakültənin tələbələri iştirak ediblər. Tələbələr ilk olaraq rayon mərkəzində yerləşən və qədim almanların məskunlaşdığı yeraltı şəhərcikdə olublar. Daha sonra isə Alman kilsəsi və Bayraq Meydanı muzeyi ziyarət edilib.

Davamı

“Didaktik oyun texnologiyaları” mövzusunda açıq dərs keçirildi

20.11.25-ci il tarixində Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda Ümumi pedaqogika kafedrasının baş müəllimi Aytən Həsənovanın Müasir Təlim Texnologiyaları fənnindən “Didaktik oyun texnologiyaları” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə kafedranın bir sıra əməkdaşları və fakultənin dekan müavini fəxri professor Mirzə Həsənov iştirak etmişlər. Müəllimə mühazirədə Didaktik oyun texnologiyalarının strategiyaları barədə məlumat verdi. Dərs tələbələrlə müzakirə […]

Davamı