Gəncə-Daşkəsən Regional təhsil idarəsinin tapşırığı əsasında “Kimya ayı” davam edir

Samux rayon Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdləri fakültəmizdə qonaq oldular. Orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Nurlana Kazımova və məktəbin kimya müəllimi, fakültəmizin məzunu olmuş Bənövşə Mövlayeva onlara göstərilən diqqətə görə Tədris işləri üzrə dekan müavini prof. Mirzə Həsənova və Kimya kafedrasının müdiri dos. Aynur Məmmədovaya təşəkkürlərini bildirdilər.

Davamı

universitetin monitorinq qrupu 14.04.2025-ci il tarixdə kimya-biologiya fakültəsində oldu

14 aprel 2025-ci il tarixində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupunun üzvləri fakültədə oldular. Əməkdaşlar ixtisas və qruplar üzrə dərs cədvəlini götürdülər. Dekanlığın iştirakı ilə iclas oldu. Üzvlər qruplara göndərildi. Onlara müşahidə üçün qeyd blanklar paylanıldı. Üzvlər təhkim olunduqları qruplarda iştirak etdikdən sonra dekanlıqda geniş müzakirə aparıldı. Müzakirənin nəticəsi olaraq qeyd edildi ki, müəllimlərin […]

Davamı

tədris planlarının tərtib olunmasına nəzarət üçün yaradılmış işçi qrupu fəaliyyətini davam etdirir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya şurasının 28 noyabr 2024-cü il tarixli AKSQ-02 nömrəli qərarından irəli gələn tələblərin icrasına uyğun olaraq tədris planlarının tərtib olunmasına nəzarət üçün yaradılmış işçi qrupu fakültədə oldular. İşçi qrupu bütün ixtisasların təhsil proqramları ilə (2020-ci ildə təsdiq olunmuş) tədris planlarının müqayisəli təhlilini apardı. İxtisaslar üzrə fənlərin tədris planlarında yerləşdirilməsi, […]

Davamı

UNEC-in 95 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Elmi-Praktiki Konfrans keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları professor Sevda Əhmədova, b.e.f.d Natiqə İsmayılzadə və Vüsal Musayev 11-12 aprel 2025-ci il tarixlərində UNEC-in  95 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak ediblər. Konfransda bir sıra yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, elmi tədqiqatçılar, ekspertlər və müxtəlif sahənin mütəxəssisləri iştirak etmişdir. Konfransın elmi proqramı çərçivəsində […]

Davamı

Samux r. İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbinin şagirdləri fakültədə ekskursiya keçdilər

Samux r. İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbinin şagirdləri müəllimlər Lalə Qasımovanın və Natəvan Mehdiyevanın rəhbərliyi ilə fakültədə ekskursiya keçdilər. Şagirdlər laboratoriya dərslərində iştirak etdilər. Onlara fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələrlə bağlı məlumatlar çatdırıldı.

Davamı

“Kimya ayı” ilə əlaqədar olaraq Gəncə ş. 14 saylı orta məktəb şagirdləri fakültəmizdə oldular

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin şagirdləri məktəbin direktoru kimyaçı müəllim Fətəliyeva Nərmin Malik qızının rəhbərliyi ilə fakültədə ekskursiya keçdilər. Şagirdlər laboratoriya dərslərində oldular. Bu dərslər onların böyük marağına səbəb oldu. Şagirdlərə fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələrlə bağlı məlumatlar çatdırıldı.

Davamı

“1 AĞAC = 5000 A4” – GDU Ekoklubundan kağız israfına qarşı ekoloji təşəbbüs

Ekoklub ətraf mühitin qorunması və ekoloji şüurun artırılması məqsədilə yeni bir təşəbbüsə start verib. “1 AĞAC = 5000 A4” şüarı altında həyata keçirilən bu layihə kağız israfının azaldılması və təkrar emalın təşviqini hədəfləyir. Layihənin məqsədi istifadə olunmuş kağız materiallarının-köhnə vərəqlərin, dəftərlərin, kitabların və digər çap məhsullarının toplanaraq təkrar emala göndərilməsini nəzərdə tutur. Məqsəd həm israfın […]

Davamı

GDU və SDU Ekoklubları arasında Rəsmi Əməkdaşlıq Görüşü Keçirildi!

Ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin gücləndirilməsi istiqamətində Gəncə Dövlət Universiteti (GDU) və Sumqayıt Dövlət Universiteti (SDU) Ekoklubları arasında rəsmi əməkdaşlıq görüşü keçirildi. Görüş Zoom platforması üzərindən onlayn formatda baş tutdu və təxminən 2 saat davam etdi. Tədbirdə aşağıdakı nümayəndələr iştirak etdilər: Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova, baş müəllim Natiqə İsmayılzadə, […]

Davamı

Fakültəmizin tələbəsi “İlin Tələbəsi” adına layiq görüldü

Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi, fakültənin fəal gənclərindən biri və universitetdə yaradılmış Ekoklubun təsisçisi Hacıyev Mirfəqan, ictimai və elmi fəallığına, eyni zamanda akademik mühitə verdiyi töhfələrə görə Tələbə Təhsil Mərkəzi MMC tərəfindən “İlin Tələbəsi” fəxri adına layiq görülərək Fəxri Fərmanla təltif edilmişdir. Bu uğur tələbəmizin liderlik bacarıqları və sosial aktivlik sahəsində də fərqləndiyini göstərir. […]

Davamı