Gəncə şəhəri üzrə ən aktiv ekoloji könüllü tələbələr birliyi-Ekoklub

Ekoklub GDU Kimya-biologiya fakültəsinin daxilində fəaliyyət göstərən ətraf mühitin qorunması ekologiyanın vacibliyinin və o cümlədən gənc nəsilə Ekologiya və təbiət sevgisini aşılamaq üçün yaradılan könüllü tələbə birliyidir. Ekoklubun yaradılması üçün ilk addımlar fakültəmizin 2 intelektual tələbəsi tərəfindən atılmışdır. Kimya-biologiya fakültəsinin tələbələrinin bilik və bacarıqlarının formalaşdırılması, həmçinin elmi fəaliyyətlərinin yüksəldilməsi məqsədilə  “Ekoklub” yaradılmışdır və “Ekoklub”un işinin […]

Davamı

Allah rəhmət eləsin!

Fakültəmizə ağır itki üz vermişdir. Kimya kafedrasının (1965-2022-ci illər) baş müəllimi Alverdiyeva Firduz Hidayət qızı 12 fevral 2025-ci il  tarixdə vəfat etmişdir. Baş müəllim Alverdiyeva Firduz Hidayət qızı 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya ixtisasına daxil olmuş, 1970-ci ildə həmin […]

Davamı

Təbrik edirik!

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.01.2025-ci il tarixli qərarı ilə Kəsəmənli Xəyalə Hamlet qızına elmi-pedaqoji fəaliyyətə görə Kimya elm sahəsinin 2306.01-“Üzvi kimya” ixtisası üzrə dosent elmi adı verilmişdir. Xəyalə müəlliməni dosent elmi adı alması münasibətilə təbrik edirik, ona gələcək işlərində uğurlar arzulayırıq!

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının “İnsan və heyvan fiziologiyası” ix­­ti­sası üzrə doktorantı Aytac Məmmədovanın “Termostress zamanı Texas albinos bildirçinlərinin homeostazının öyrənilməsi və tənzimlən­məsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi

GDU Publik Hüquqi Şəxsin Kimya-biologiya fakültəsinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının – 2411.01- “İnsan və heyvan fiziologiyası” ix­­ti­sası üzrə Fəlsəfə Doktoru Proqramı əsasında sabiq doktorant Məmmədova Aytac Yasin qızının “Termostress zamanı Texas albinos bildirçinlərinin homeostazının öyrənilməsi və tənzimlən­məsi” mövzusunda biolo­giya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirildi. Azərbaycan […]

Davamı

Azərbaycan Respublikası Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası tərəfindən keçirilən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə başa çatdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası tərəfindən Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayı münasibətilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə elan olunan müsabiqə başa çatdı. Məqsəd əhalinin maliyyə məlumatlılığı, o cümlədən rəqəmsal ödənişlər istiqamətində bilik və bacarıqlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi,  Virtual Təhsil Platformasının əhali arasında təşviq […]

Davamı

Gəncə Dövlət Universitetində “2 Fevral Gənclər Günü” münasibətilə tədbir keçirildi

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımız uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə Gənclər gününün qeyd edilməsi tarixindən, gənclərin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Dövlət Gənclər siyasətinin rolundan geniş bəhs etdi. Daha sonra Elm və İnnovasiyalar üzrə […]

Davamı

2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir

Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. Yanvar ayının 23-dən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib. İmtahan sessiyasının 31 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur. Sessiya zamanı üzürlü səbəbdən […]

Davamı

2024-2025-ci tədris ilinin payız imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,  “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar […]

Davamı