Gəncə-Daşkəsən Regional təhsil idarəsinin tapşırığı əsasında “Kimya ayı” davam edir
Samux rayon Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdləri fakültəmizdə qonaq oldular. Orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Nurlana Kazımova və məktəbin kimya müəllimi, fakültəmizin məzunu olmuş Bənövşə Mövlayeva onlara göstərilən diqqətə görə Tədris işləri üzrə dekan müavini prof. Mirzə Həsənova və Kimya kafedrasının müdiri dos. Aynur Məmmədovaya təşəkkürlərini bildirdilər.











