TƏCRÜBƏÇİ TƏLƏBƏ Əhmədova Gülümün sınaq dərsi keçirildi

Təcrübəçi tələbə kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Gülüm Əhmədovanın 25 saylı orta məktəbin 8 B sinifində “Elektrolitik dissosasiya , Dissosasiya dərəcəsi” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kimya kafedrasının baş müəllimi Aygün Zeynalova, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və fənn müəllimi Çinarə Qulamova iştirak etmişlər.

Davamı

Göygöl Milli parkı- çöl-tədris təcrübəsi

Kimya və biologiya müəllimliyi və Biologiya müəllimliyi ixtisasları üzrə son kurs tələbələr Göygöl Milli parkında çöl-tədris təcrübəsində olmuşlar. Təcrübənin keçirilməsində Botanika kafedrasının müəllim  heyəti (b.ü.f.d. E.Hüseynova, müəl. G.Quliyeva, M.Ramazanova) və Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllim heyəti (prof. V. Məmmədova, a.e.f.d., b/m  G.Hümbətova və baş laborant S.Əliyeva)  ilə birlikdə Milli parkın direktoru Fuad Quliyev tələbələrlə maraqlı […]

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ZƏNGİLAN RAYONUNDA ELMİ EKSPEDİSİYADA

Bu günlərdə Botanika kafedrasının professor-müəllim, tədris köməkçi heyəti Füzuli, Cəbrayıl, Zəngilan istiqaməti üzrə elmi ekspedisiyada olmuşlar. Elmi ekspedisiya Universitetin 2023-2025-ci illər üçün təsdiq olunmuş tematik planı əsasında təşkil olunmuşdur. Kollektiv bu rayonlarda erməni işğalçılarının insanlığa sığışmayan vəhşilikləri ilə, dağıdılmış yaşayış evləri, hətta viran qoyulan qəbristanlıqları ilə tanış olmuşlar. Zəngilan rayonu ərazisində yayılan əsas bitki qruplaşmaları […]

Davamı

“Duzlu şoran torpaqlarda bitən bitkilərin ekoloji xüsusiyyətləri” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Axundova Səbinə Telman qızının  Biologiya  ixtisasının III kurs tələbələrinə “Duzlu şoran torpaqlarda bitən bitkilərin ekoloji xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Botanika kafedrasının müdiri prof.V.S.Novruzov, fəxri prof. M.İ.Həsənov, dos. Z.M.İsmayılova, dos. Y.Aslanova və b.ü.f.d.F.M.İsayeva iştirak edirdilər. Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri-təsdiq edilmiş sillabusu, […]

Davamı

universitetin monitorinq qrupu 05.05.2025-ci il tarixdə kimya-biologiya fakültəsində oldu

05 may 2025-ci il tarixində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupunun üzvləri fakültədə oldular. Əməkdaşlar ixtisas və qruplar üzrə dərslərdə iştirak etdilər. İlk olaraq iclas keçirildi. Üzvlərə blanklar paylanıldı və auditoriyalara təhkim olundular. Qruplarda iştirak etdikdən sonra dekanlıqda geniş müzakirə aparıldı. Müzakirənin nəticəsi olaraq qeyd edildi ki, müəllimlərin sillabusu, proqramı və digər lazım olan […]

Davamı

TƏCRÜBƏÇİ TƏLƏBƏ Aysu Quluzadənin sınaq dərsi keçirildi

Fakültənin Kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Aysu Quluzadənin N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinə “Alkinlər. Asetilen sırası karbohidrogenlər” mövzusunda Kimya fənnindən sınaq dərsi olmuşdur. Dərsdə Kimya kafedrasının baş müəllimi Aygün Zeynalova və fənn müəllimi Çinarə Qulamova iştirak etmişlər. Sınaq dərsi müasir təlim metodlarına uyğun təşkil olunmuşdu.

Davamı

Gəncənin tarixi və Nizami Gəncəvinin həyat, yaradıcılığına həsr olunmuş dərs təşkil olundu

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın təşkilatçılıği ilə fakültədə tədris olunan Biologiyanın Tədrisi Metodikası fəninin tədrisi zamanı Gəncə şəhərinin tarixi o cümlədən Nizami Gəncəvi yaradıcılıği həyatı işıqlandırıldi. Gələcəyin müəllimləri olacaq Kimya və biologiya müəllimliyi ixtisası üçüncü kurs tələbələri gələn qonaqları sevgi ilə qarşıladılar. Ruziyyə xanımın Gəncəyə aid verdiyi suallara həvəslə cavab verərək onun […]

Davamı

“Coğrafi İnformasiya Sistemləri-qlobal miqyaslı informasiya bazası kimi” mövzusunda elmi-praktik seminar keçirildi

Kimya-Biologiya fakültəsində “Coğrafi İnformasiya Sistemləri-qlobal miqyaslı informasiya bazası kimi” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Tədbir universitetin Ekologiya və təbiəti mühafizə kafedrasının təşkilatçılığı ilə baş tutmuşdur. Seminarın təşkilində və yüksək səviyyədə keçirilməsində kafedranın müdiri, prof. Sevda Əhmədovanın əvəzsiz rolu olmuşdur. O, seminar boyunca tələbələrə coğrafi informasiya sistemlərinin əhəmiyyəti, tətbiq sahələri və praktiki istifadəsi barədə geniş məlumat vermiş, […]

Davamı

“Cənubi Qafqazda Qafqaz Geoparkları Şəbəkəsi” nin Milli Görüşü keçirildi

25-26 aprel 2025-ci il tarixlərində CENN və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə keçirilən “Cənubi Qafqazda Qafqaz Geoparkları Şəbəkəsi” nin Milli Görüşündə Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Zabitə Ələkbərova və baş müəllim b.ü.f.d Natiqə İsmayılzadə universitetimizi uğurla təmsil etdilər. Görüş çərçivəsində Cənubi Qafqaz regionunda geoparkların yaradılması və inkişafı istiqamətində atılacaq […]

Davamı

fakültədə 2025/2026-cı tədris ili üçün seçmə fənlərin seçimi aparıldı

2025-2026-cı tədris ilinə hazırlıqla əlaqədar fakültəmizdə ixtisaslar və kurslar üzrə “Ali məktəb tərəfindən müəyyən edilmiş” fənlərin seçimi aparılmışdır. Fənlərin seçiminin gedişində Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndəsi Leyla Şirinova, Əmək bazarının nümayəndəsi Ələkbərov Fədai, kafedra müdirləri, fənn müəllimləri, Humanitar məsələlər üzrə dekan müavini dosent Aslanova Yeganə, tələbə ictimai təşkilatlarının nümayəndələri, tyutorlar (Əbilova Günəş, Ələkbərova Lalə, Məmmədova Elvina) […]

Davamı