12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım günüdür

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin […]

Davamı

Ulu öndər Heydər Əliyevin anım günü ehtiramla yad edildi

Ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ərəfəsində, ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində də dərin hörmət və ehtiramla anım tədbiri keçirildi. 12 dekabr 2025-ci il tarixində baş tutan bu tədbirə fakültənin professor-müəllim heyəti və çoxsaylı tələbələr qatılmışdır. Daha sonra isə professor-müəllim heyəti və tələbələr Ulu Öndərin abidəsi […]

Davamı

5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Yeni Gəncə ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

Fakültədə  fəaliyyət göstərən Ekoklubun təşkilatçılığı və Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin dəstəyi ilə 5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Yeni Gəncə ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Aksiyada Ekoklubun könüllüləri, Yaşıllaşdırma İdarəsinin əməkdaşları və tələbə gənclər aktiv iştirak edərək ərazidə 30-dan çox ağacın əkilməsini təmin etdilər. Bu təşəbbüs Yeni Gəncə ərazisində yaşıllıq fondunun artırılması və ekoloji maarifləndirmənin gücləndirilməsi […]

Davamı

“Elektrolit məhlullar. Duzların hidrolizi” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi k.ü.f.d. Vüsalə Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kursunda ”Elektrolit məhlullar. Duzların hidrolizi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri dos. Aynur Məmmədova, tədris işləri üzrə dekan müavini prof. Mirzə Həsənov və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə tələbələrə elektrolitlərin dissosiasiyası və duzların hidrolizi haqqında məlumat verildi. Turşuların, qələvilərin, duzların ayrı-ayrı nümunələrinin […]

Davamı

“Laws of reflection and refraction of light“ mövzusunda açıq dərs keçirildi

Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Aysel Yunis qızı Həmzəyevanın Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının III kurs tələbələrinə “Laws of reflection and refraction of light. Lenses. Constructing the image of an object by the lenses. The eye and vision. İnterference. Polarization, diffraction and dispersion of light. Photons. The photoelectric effect. […]

Davamı

Azerbaijan Robotics Engineering Academy (AREA) Gəncə filialı ilə Gəncə Dövlət Universiteti Ekoklubun görüşü

9 dekabr 2025-ci il tarixində Azerbaijan Robotics Engineering Academy (AREA) Gəncə filialı ilə Gəncə Dövlət Universiteti Ekoklubunun görüşü baş tutdu. Görüşdə AREA-nın Gəncə filialının müdiri Aynurə xanım və onun komandası-Gəncə şəhər 22 nömrəli məktəbin 2 nəfər 9-cu sinif şagirdi-hazırladıqları ekoloji innovativ startap layihəsini Ekoklub könüllülərinə təqdim etdilər. Təqdimat zamanı könüllülər layihə ilə bağlı suallar ünvanladılar, […]

Davamı

“Müəyyən inteqralın hesablanma üsulları” mövzusunda açıq dərs keçirildi

Riyazi analiz kafedrasının baş müəllimi Nazir İsmayılovun Ekologiya mühəndisliyi ixtisasının I kursunda açıq dərsi təşkil olundu. Dərsdə kafedra müdiri prof. Orucəli Rzayev, kafedranın dosenti fəxri prof. Zəfər Abbasov və digər əməkdaşlar iştirak etdilər. Dərs tələbələrlə qarşılıqlı dialoq şəklində qurulmuşdu. Açıq dərsdən sonra müzakirə keçirildi və keçilən açıq dərs ən yüksək qiymətlə qiymətləndirildi.

Davamı

“Yeni bir fikrim var 2” müsabiqəsi keçirildi

Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamentinin təşəbbüsü ilə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib. Universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək gənclərin və akademik heyətin yenilikçi baxışları, istedadlarının aşkara çıxarılması üçün belə müsabiqələrin rolundan danışıb və müsabiqənin işinə uğurlar arzulayıb. Final mərhələnin birinci hissəsində müsabiqə haqqında ətraflı məlumat verilib. […]

Davamı

“Observing the movement of stoma on the leaf with the microscope” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının müəllimi Leyla Quliyevanın Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının III kurs tələbələrinə Plant physiology fənnindən “Observing the movement of stoma on the leaf with the microscope” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vaqif Novruzov və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə müəllim bitkinin ən vacib orqanlarından […]

Davamı

“Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Sevinc Mahmudovanın Ekologiya ixtisasının III kurs tələbələrinə Heyvan ekologiyası fənnindən “Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu interaktiv təlim metodundan istifadə etməklə işıqlandırmışdır. Heyvanlara antropogen təsirlərin nəticəsindən  çoxlu sayda müxtəlif nümunələr çəkməklə tədris aparmışdır. […]

Davamı