Gəncə Dövlət Universitetinin komandası region universitetləri arasında voleybol turnirinin qalibi oldu

24 dekabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib. İdman turnirində Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin akademik-inzibati heyəti, tələbələr […]

Davamı

Bu gün prezident İlham Əliyevin doğum günüdür!

Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Müzəffər Ali Baş Komandan öz ad gününü qalib sərkərdə kimi qarşılayır. Prezident İlham Əliyev dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzularını həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi […]

Davamı

elmi şura

23 dekabr 2025-ci il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məslələr müzakirə edildi: 1. Fakültədə 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti. 2. İxtisaslar üzrə 2025-2026-cı tədris ilinin I yarısına planlaşdırılan dərs saatlarının icra vəziyyəti. 3. Tələbələrin mənimsəmə və fəaliyyət göstəricilərinə dair elektron məlumatın dinlənilməsi. 4. İkili diplom layihəsi […]

Davamı

“Ekoklub”un təşkilatçılığı ilə onlayn Google Meet platforması üzərindən növbəti görüş keçirildi

GDU Ekoklubunun təşkilatçılığı ilə onlayn Google Meet platforması üzərindən ADA Universitetinin təlimçisi, AZMİU Ekologiya Mühəndisliyi və AZTU Nəqliyyat Ekologiyası ixtisaslarını fərqlənmə diplomu ilə bitirmiş Aysel Babayeva ilə görüş keçirilmişdir. Görüşdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova çıxış edərək bu cür maarifləndirici və peşəkar görüşlərin tələbələrin gələcək karyera inkişafında mühüm rol oynadığını vurğulamış, […]

Davamı

“Human and Knowledge: Interdisciplinary Standards in the Humanities, Medicine, and Life Sciences” adlı beynəlxalq elmi təlim keçirildi

22 dekabr 2025-ci il tarixində Academics.edu.ge platformasının təşkilatçılığı ilə Gürcüstan Respublikasında (onlayn formatda) keçirilən “Human and Knowledge: Interdisciplinary Standards in the Humanities, Medicine, and Life Sciences” adlı beynəlxalq elmi təlimdə Biologiya elmləri üzrə doktor, professor, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova uğurla təlim keçmişdir.Təlim çərçivəsində məruzəçi qismində çıxış edən professor Sevda Əhmədova “Azərbaycan […]

Davamı

“Meliorativ və suvarma əkinçiliyində eroziyaya qarşı mübarizə tədbirləri” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Natiqə İsmayılzadənin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinə “Meliorativ və suvarma əkinçiliyində eroziyaya qarşı mübarizə tədbirləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu interaktiv təlim metodundan istifadə etməklə tədris etdi.

Davamı

Gəncə şəhər 14 saylı orta məktəbin 8-ci sinif şagirdlərinin iștirakı ilə “Qan qruplarının təyini” mövzusunda laboratoriya məșğələsi keçildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baș mūəllimi Aynur Bağırova Biologiya müəllimliyi ixtisasının IV kursunda 14 saylı orta məktəbin 8-ci sinfinin bir qrup şagirdlərinin iștirakı ilə “Qan qruplarının təyini” mövzusunda laboratoriya məșğələsi keçirdi. Laboratoriya məșğələsində qan qrupları, antigen və antitellər, onların tərkibi və yaranma prosesi haqqında ətraflı məlumat verildikdən sonra bir neçə tələbə və șagirdin qan […]

Davamı

“Hack Cotton” startap müsabiqəsində tələbələrimiz 1-ci yerə layiq görüldülər

17-18 dekabr 2025-ci il tarixlərində ADAU İnnovasiyalar Mərkəzi və Prime Cotton şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş “Hack Cotton” startap müsabiqəsində fakültəmizin tələbələrindən ibarət “Cotton Drop” komandası iştirak etmiş və müsabiqənin yekun nəticələrinə əsasən 1-ci yerə layiq görülmüşlər. Müsabiqədə 11 ali təhsil müəssisəsini təmsil edən 70 komanda iştirak etmişdir. Nəticə etibarilə komanda 1500 (bir min beş […]

Davamı

Əməkdaşlıq körpüləri qurulur

Bu gün Tovuz STEAM Mərkəzinin əməkdaşları ilə fakültə dekanı və kafedra müdirləri arasında işgüzar əməkdaşlıq görüşü keçirilib. Görüş zamanı birgə həyata keçiriləcək layihələr, tələbə–şagird əməkdaşlığı və STEAM sahəsində uzunmüddətli tərəfdaşlıq imkanları müzakirə olunub. Əməkdaşlıq çərçivəsində:Universitet tələbələrinin müxtəlif STEAM və innovasiya yarışlarında iştirakına dəstək, Tovuz STEAM Mərkəzinə ekskursiyaların təşkili, tələbələrlə STEAM şagirdlərinin görüşü və birgə fəaliyyəti,Masterclass […]

Davamı

“Borulu sinir sisteminin müqayisəsi” mövzusunda laboratoriya məşğələsi keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Aynur Bağırovanın Biologiya müəllimliyi ixtisasının 4 kursunda “Borulu sinir sisteminin müqayisəsi” mövzusunda keçdiyi laboratoriya məşğələsində neștərçənin sinir sistemindən bașlayaraq ali onurğalılaradək sinir sistemi təhlil olunub müqayisə edildikdən sonra əyani vəsait olaraq qoyun beyni üzərində beyin șöbələri: ön beyin yarımkürələri, ara beyin, orta beyin, beyincik və uzunsov beyin, həmçinin […]

Davamı